Bakıda 15 marşrutun fəaliyyəti dayandırılır
...
Əsas / Son xəbərlər / İdman
İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Serxio Ramos karyerasını Meksikada davam etdirəcək.
Trend bildirir ki, 39 yaşlı müdafiəçi "Monterrey" komandasına keçib. Təcrübəli oyunçu ilə 1 illik müqavilə imzalanıb.
O, yeni komandasında 94 nömrəli formanı geyinəcək. Ramosun birillik məvacibi 4 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Serxio Ramosun son klubu İspaniya "Sevilya"sı olub.