Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Son xəbərlər » İdman » “IRON MUSCLE” Milli çempionat və “LAND OF FIRE INTRNATIONAL NATURAL CUP” beynəlxalq çempionatı olub

İdman / Cəmiyyət

“IRON MUSCLE” Milli çempionat və “LAND OF FIRE INTRNATIONAL NATURAL CUP” beynəlxalq çempionatı olub


28 noyabr 2021- ci il tarixdə INBA Qlobal Azərbaycan  birliyinin təşkilatçılığı ilə natural bodibildinq və fitnes üzrə “IRON MUSCLE” Milli çempionat və “LAND OF FIRE INTRNATIONAL NATURAL CUP” beynəlxalq çempionat keçirildi.

MAGAZINEWS.AZ xəbər verir ki, tədbirdə öncə vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra dövlət himni səsləndirilib. Yarışın bədii hissəsindən sonra INBA Qlobal Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Dr.Elnur Şıxəliyev çıxış edərək, il ərzində qazanılan uğurlar və qarşıda duran planlar haqqında məlumat verdi. Bundan sonra çempionatları açıq elan etdi.

Milli çempionatda respublikanın müxtəlif şəhər və rayonlarından atletlər mübarizəyə qoşuldular. Beynəlxalq çempionatda isə Azərbaycan atletləri ilə birlikdə Belçika,Türkiyə, Suriya və Rusiyadan olan atletlər də mübarizəyə qatılıblar.

Milli çempionatda Kids Fitnes kateqoriyasında uşaqların mübarizəsində “Fit Lady” İdman Klubunun atleti Məmmədli Cahan, Mens atletik, Klassik fizik və Mens bodibildinq kateqoriyalarında Naxçıvan təmsilçisi İsayev Hakim, Mens fizik kateqoriyada 23 yaşa qədər atletlərin mübarizəsində Sumqayıt təmsilçisi Əliyev Tərlan, Mens Fizik kateqoriyada boyu 175 sm qədər olan atletlərin mübarizəsində Balakən təmsilçisi Kərim Məmmədov, Mens Fizik kateqoriyada boyu 175 sm-dən yuxarı olan atletlərin mübarizəsində Bakı təmsilçisi Farmanov Aleksandr qızıl medala sahib olublar.

“LAND OF FIRE INTRNATIONAL NATURAL CUP” beynəlxalq çempionatda isə Kids Fitnes kateqoriyasında uşaqların mübarizəsində “Fit Lady” İdman Klubunun atleti Məmmədli Cahan, Mens atletik kateqoriyada Belçika təmsilçisi Nikolaidis Sokratis, Klassik fizik və Mens bodibildinq kateqoriyalarında Naxçıvan Hakim İsayev, Mens fizik kateqoriyada 23 yaşa qədər atletlərin mübarizəsində Əliyev Tərlan, Mens Fizik kateqoriyada boyu 175 sm qədər olan atletlərin mübarizəsində Kərim Məmmədov, Mens Fizik kateqoriyada boyu 175 sm-n yuxarı olan atletlərin mübarizəsində Farmanov Aleksandr qızıl medala sahib olublar!
Mens fizik kateqoriyada hər iki çempionatın mütləq qalibi Kərim Məmmədov, PNBA PRO Carda sahib olub.

Komanda hesabında Azərbaycan yığması birinci,Belçika yığması ikinci,Türkiyə yığması üçüncü,Suriya yığması dördüncü olub.

Qeyd edək ki, çempionatlarda fərqlənən atletlərlə hakimlər kollegiyasının qərarı ilə milli komandaya qəbul olunublar və gələn ildən etibarən beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.