Valyuta məzənnəsi:
23:15 Vlahoviç "Beşiktaş"da  |     21:55 UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib  |     16:15 21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)  |     15:05 "Sabah" - "Orhus" oyununa bütün biletlər satıldı  |     14:35 Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)  |     14:04 "Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb  |     12:15 Messidən gözlənilməz qərar  |     11:50 Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)  |     09:53 Məşhur türk serialı final edir  |     09:35 Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)  |     21:20 Misli Premyer Liqasında yeni mövsümün ilk turunun təqvimi açıqlanıb  |     16:55 Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)  |     15:23 "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)  |     15:15 Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)  |     12:55 “Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar - FOTO  |     12:15 Messi KİV-i məhkəməyə verəcək  |     11:50 "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir  |     11:20 İkardidən sevgilisinə romantik jest - (Foto)  |     11:10 Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib  |     10:33 Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı  |    
CityNews.az » Əsas » Bu hotellərin reklamları SÖKÜLƏCƏK

Əsas / Son xəbərlər / Turizm / Ölkə

Bu hotellərin reklamları SÖKÜLƏCƏK


Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində regionlardakı yerləşmə müəssisələrinin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır.

Dövlət Turizm Agentliyindən Citynews.Az-a verilən məlumata görə, bu haqda razılıq hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib.

İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşmə müəssisəsi üzrə keçiriləcək.

Aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqları qeyd olunub.

"Reklam haqqında" qanunda da qeyd olunduğu kimi, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.


Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.

Qeyd edək ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün "hotel" kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.