Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Son xəbərlər » İqtisadiyyat » Ötən il Azərbaycanda rekord həddə fındıq istehsal olunub - AÇIQLAMA

İqtisadiyyat / Əsas

Ötən il Azərbaycanda rekord həddə fındıq istehsal olunub - AÇIQLAMA


Ötən il iqlim şəraiti ilə əlaqədar pambıq istehsalında keçən dövrlə müqayisədə azalma var. Digər məhsulların istehsalında isə stabil artım müşahidə edilib.

Bu barədə Oxu.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, təqribi qiymətləndirmələrə görə, ötən il Azərbaycanda rekord həddə - 70 min tona yaxın fındıq istehsal olunub:

“Bu Azərbaycan tarixində rekord göstəricidir. Eyni zamanda çəyirdəkli meyvələrin - gilas, şaftalı, ərik kimi məhsulların istehsalında da ciddi artım var. İxraca bağlı pambıq sektorundakı cüzi azalmanı nəzərə almasaq, bu sahədə də artım var. Odur ki, bu artımla qeyri-neft sektorunda pambıqçılıq mühüm rol oynamış olur. Növbəti illərdə biz pambıqçılıqla bağlı artımın davam edəcəyini gözləyirik.

Eyni zamanda, bu il Azərbaycan ilk dəfə 15 milyon dollar civarında bostan məhsulları ixrac edib. Bu yeni trenddı. Əlavə edim ki, faraş kartofun ixracı 90 min tona çatıb ki, bu da trend hesab olunur. Heyvandarlıqda isə artım dinamikası stabil şəkildə davam edir”.

F.Fikrətzadə onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ən ciddi artım gözlənilən sahələrdən biri heyvandarlıq olacaq:

“Bu ərazilərdə heyvandarlıq təsərrüfatları bərpa olunduqdan sonra bizim ət və süd məhsullarında hazırda olan 85 faizlik göstəricimiz, orta hesabla 99 faizə qədər yüksələcək. Biz həmin ərazilərin hesabına ət və süd məhsulları ilə özümüzü tam təmin edəcəyik”.