Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |     12:50 “Beşiktaş”dan Braziliya klubuna keçdi  |     12:35 Saba Tümer məşhur serialda rol alacaq  |    
CityNews.az » Əsas » Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olanların siyahısı açıqlanacaq

Əsas / Son xəbərlər / Cəmiyyət / Tibb / Ölkə

Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olanların siyahısı açıqlanacaq


Azərbaycanda plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olanların siyahısı təqdim olunacaq.

Citynews.Az xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

"Artıq Təftiş Komissiyasının 5 iclas baş tutub və bu iclaslarda 40 plastik cərrahiyyə ilə məşğul olan mütəxəssislərin sənədləri təftiş olunub. Onlarla bağlı tam şəffaf şəkildə araşdırmalar aparılıb. Təftiş Komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq", - o bildirib.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.