Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » İrandan gətirilən bibərdə virus aşkarlandı

Əsas / Cəmiyyət

İrandan gətirilən bibərdə virus aşkarlandı


İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb.

CityNews.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 26 noyabr tarixində İrandan “Palen AS” MMC tərəfindən idxal edilən 11657 kq, 2021-ci il 8-9 dekabr tarixində “Amotrade” MMC tərəfindən idxal olunan 7500 kq, “Tissot” MMC tərəfindən idxal olunan 7200 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib. Qeyd edək ki, nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibləri xəbərdarlıq edilərək onlardan iltizam alınıb.

Qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən, idxal olunan bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar olunarsa, məhsul aidiyyəti qurumun iştirakı ilə fitosanitar karantin tələblərinə əməl edilməklə məhv edilir. Beləliklə, virus aşkarlanan “Amotrade” MMC (7500 kq) və “Tissot” MMC-yə (7200 kq) məxsus bibər məhsulu partiyaları məhv edilib. Lakin yuxarıda qeyd edilən “Palen AS” MMC-yə (11657 kq) məxsus bibər məhsulunun saxlandığı anbara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı, iltizamnamənin alınmasına baxmayaraq, yük partiyasının qanunsuz olaraq satıldığı və müvafiq tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.

Aşkar olunmuş qanunsuz fəaliyyətlə bağlı məsələyə hüquqi qiymətin verilməsi üçün zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.