Valyuta məzənnəsi:
17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |     13:03 Prezident Allahverən İsmayılovu təltif etdi  |     12:08 Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO  |     11:07 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”  |     10:43 Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək  |     09:56 Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO  |     09:31 “Panathinaikos”da Fatih Terim qərarı  |     20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |    
CityNews.az » Sağlamlıq » Tibb » Mədəaltı vəzi qoruyun, yoxsa...

Tibb / Əsas

Mədəaltı vəzi qoruyun, yoxsa...


Mədəaltı vəzinin iltihabı məhz «pankreatit» adlanır. Mədə ilə qarın boşluğu arasında yerləşən mədəaltı vəzi bağırsaqlara daxil olan qidanın parçalanması üçün 15 fərqli enzimlərin və qanda şəkərin miqdarının tənzimlənməsi kimi vacib funksiyalar həyata keçirən hormonların ifraz edilməsidir. Hormonların sintezi «mədəaltı vəzinin endokrin funksiyası» adlanır.

Axşam.az xəbər verir ki, bu funksiyalar pozulduqda və mədəaltı vəzi öz işini lazımı qədər yerinə yetirmədikdə pankreatit xəstəliyi meydana gəlir. Pankreatit iki hissəyə bölünür: kəskin və xroniki. Kəskin pankreatit qəfil başlayır və günlərlə davam edir. Onun gedişi daha mülayim olur və bir neçə gün ərzində sağalması mümkündür. Ağır gedişli kəskin pankreatitlər isə daha ağrılı keçir və sağalması uzun çəkir. Bu tip pankreatitlərdə ölüm halları 30 faizdir.

Kəskin pankreatitin əlamətləri:
· Qarnın yuxarı hissəsində əvvəlcə zəif, sonra güclənən ağrılar
· Ağrının kürək nahiyəsinə yayılması
· Yeməkdən sonra ağrıların kəskinləşməsi
· Ürəkbulanma
· Qusma
· Qarnın şişməsi
· Hərarətin yüksəlməsi
· Qaşınma
· Yuxusuzluq, zəiflik və başağrıları

Xroniki pankreatitlər isə daha ağır olur və illərlə davam edir. Bu zaman ağrılar mütəmadi xarakter daşıyır ki, bu da mədəaltı vəzinin çapıqlaşması prosesinin gizli getməsinə və ağırlaşmaya gətirib çıxarır. Bu zaman həzm pozulur, mədəaltı vəzi şirələrinin ifrazı azalır, qarında köp əmələ gəlir. Bədən get-gedə çəkisini itirməyə başlayır.

Səbəbləri:
Xəstəliyin yaranmasına səbəb onun sintez etdiyi enzimlərin vaxtından əvvəl aktivləşməsidir. Onun ifraz etdiyi enzimlər qeyri-aktiv olur. Onların aktiv olması mədəaltı vəzi toxumalarını aşındıra bilər. Xroniki pankreatit zamanı isə enzimlər mədəaltı vəzidə aktivləşir və onu zədələyir. Bu da iltihablaşma prosesini gücləndirir. Xroniki pankreatit mədəaltı vəzi toxumasını aradan qaldıra bilməyəcək səviyyədə zədələyir. İltihabın yaranmasının başlıca səbəbi öd daşı xəstəliyidir. Belə ki, öd daşı mədəaltı vəzi kanalını sıxır və daxilində təzyiqin əmələ gəlməsinə şərait yaradır.

Xəstəliyə eyni zamanda aşağıdakı proseslərdə səbəb olur:
· Spirtli içki qəbulu
· Qarın boşluğu əməliyyatı
· Bəzi dərmanların həddindən artıq qəbulu
· Siqaret
· Müxtəlif infeksiyalar
· Qarın zədələri
· Mədə və onikibarmaq bağırsağın xorası
· Avtoimmun proses

Müalicəsiz qalan xəstəlik daha da ağırlaşmaya gətirib çıxarır:
Tənəffüs problemləri - xəstəlik zamanı baş verən kimyəvi reaksiyalar ağciyərin funksiyasını pozur və qanda oksigenin miqdarı düşür.
Şəkər xəstəliyi - mədəaltı vəzidə baş verən xroniki çapıqlaşma şəkər mübadiləsində böyük rolu olan insulin sintezinin azalması ilə nəticələnir.
Böyrək çatışmazlığı - kəskin pankreatit zamanı böyrək öz funksiyasını tamamilə itirir.
Həzmin pozulması - o, həzm prosesi üçün böyük rol oynayan pankreas enzimlərinin sintezinin azalmasına səbəb olur.