Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » Qırışlar bu qidalardan qorxur

Əsas / Kosmetoloqiya

Qırışlar bu qidalardan qorxur


Qadınların gözəlliklərini, təravətlərini və cavanlıqlarını qorumaq üçün istifadə etdikləri bahalı kremlər və kosmetik prosedurlar təbiətin yetirdiyi nemətlərin möcüzəsindən daha effektli ola bilməz. Ona görə də təbiətin qanunu olan yaşlanma prosesini elə onun silahları ilə dayandıraq!

Xarici mətbuata istinadən qırışları aradan qaldıracaq ərzaqları təqdim edir:

1. Çərəzlər
Tərkibində vitamin A və E vitamini, koenzim Q10 olan bu ərzaqlar 30 yaşından sonra dəri hüceyrələrinin fəaliyyətini nəzarətə alıb, dərini günəş şüasından və toksinlərdən qoruyur.
Həftədə 3 dəfə cəmi 50 qr. fındıq, badam və qoz yeyən qadının 30 yaşından sonra qırışlara qarşı kremlərə ehtiyacı olmayacaq.

2. Yaşıl və sarı tərəvəzlər
Kök, bibər, pomidor, balqabaq, şaftalı, ərik beta-karotin hesabına dərini öz-özünə bərpa edir.

3. Turş meyvə və giləmeyvələr
Portağal, kivi, qreyfrut, qarağat və çiyələk C vitamini ilə zəngin olub, damar divarlarını bərkidərək, qanın daha sürətli hərəkət etməsinə və kollagenin formalaşmasına yardım edir. Beləcə, dərialtında sürətli gedən qan axını dərini qurumağa, qırışmağa və sallanmağa qoymur.

4. Yağlı balıqlar
Vitamin A və D mənbəyi olan yağlı balıqlar Omeqa-3 təşkil etdiyi üçün dərini qidalandırır.

5. Sıyıq və dənli bitkilər
B vitamin qrupu ilə bol olan qara çörək, paxlalı bitkilər dəri qocaldıqca onu daxildən bərpa edərək, öz-özünə hamarlaşdırır. Beləcə, dəri hər zaman nəmli qalır. Dənli bitkilər bağırsağı şlaklardan
təmizləyərək, maddələr mübadiləsini sürətləndirir. Ona görə də dəri hər zaman təravətli görünür.

6. Nar
Nar dəridə elastik bağ rolunu oynayır. Ona görə də o, kollagen və elastin sayəsində dərini saralıb-solmağa və sallanmağa qoymur. Nar hətta dəridəki yara, çapıq və yaşlanmanın ilkin
əlamətlərini aradan qaldırır.

7. Zeytun yağı
Quru dəri daha tez qocalır. A, D, E vitamin tərkibli zeytun yağı dəri hüceyrələrini məhv olmağa
qoymur.

8. Kəsmik
Güclü antioksidantı və seleniumu bol olan kəsmik orqanizmi erkən qocalmadan qoruyub, dişləri və sümükləri bərkidir.

9. Avokado
Efir yağları ilə zəngin bu meyvə dərini daxildən qidalandırıb, onun təravətli və hamar qalmasına kömək edir .

10. Yaşıl çay
Gündə 3-4 stəkan limonlu yaşıl çayın güclü antioksidantı nəinki dərini, hətta bütün orqanizmi cavan saxlayır. Dəmlənmiş yaşıl çay paketlərini soyuducunun buz gözünə qoyub, hər səhər onunla üzü silmək dərini civzələrdən və qara nöqtələrdən təmizləyəcək, gözaltı qırışları, torbaları və ləkələri aradan qaldıracaq.


/Axşam.az