Valyuta məzənnəsi:
22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |     11:01 Xanımı Rəşadı Nigarın bu sözünə QISQANDI - VİDEO  |     10:49 Rəsmi Bakıdan Fransaya cavab  |     10:43 Aytən Səfərovanın ərindən ilk açıqlama  |     10:20 İlham Əliyev Kayrat Sarıbayı qəbul edib  |     10:18 "Şou-biznesin özüyəm" - VİDEO  |     09:00 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu  |     08:25 Hadı Rəcəbli vəfat etdi  |     20:34 Damla şəxsi təyyarə alıb? - VİDEO  |     20:28 "Beşiktaş" yeni başq məşqçisini tapdı: 78 yaşı var  |     19:20 Qurban Qurbanov Roberto de Dzerbini keçdi  |    
CityNews.az » Əsas » “CinemaPlus”da Selin Diondan bəhs edən “Sevgi səsi” filmi

Əsas / Kino

“CinemaPlus”da Selin Diondan bəhs edən “Sevgi səsi” filmi


Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında məşhur kanadalı müğənni Selin Dionun həyat hekayəsindən bəhs edən “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib.

CityNews.Az xəbər verir ki, tədbirdə gənc istedadlı ifaçılar Vlada Axundova və Elvin Novruzov (L'veen) Selin Dionun məşhur mahnılarını canlı ifa ediblər.

Şou-biznes ulduzları, jurnalistlər, bloqqerlər və iri qurumların rəhbərləri tədbirdə kinoteatrın qonaqları olublar.

Tədbirin təşkilində dəstək göstəriblər: “Beverly Hills” restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery”şirkəti, Red Bull və Sheh su.

Filmin yaradıcısı, rejissor, ssenarist və baş rolda çəkilən Valeri Lemersye müğənninin çoxdankı pərəstişkarıdır. Lemersye üçün, onun qəhrəmanının hekayəsi, Dionun özü kimidir. Selin bir çox maneələrə baxmayaraq, pəncərə qırağında ağlamır, hər zaman özü olaraq qalan, güclü və istedadlı qadındır. Sevməyi və sevilməyi bilən böyük bir Kvebek ailəsindən olan sadə bir qız.

Baş rollarda Valeri Lemersye, Kerol Ueyers və Silven Marsel oynayıb.

Film haqqında qısa məlumat: Məşhur prodüser əyalətdə unikal səsi olan qızı tapır: onun ulduz olmaq və dünyanın ən tanınmış müğənnilərindən biri olmaq üçün böyük şansı var. Ancaq xəyaldan onun həyata keçməsinə qədər bir çox addımlar var. Və sevgi həyatda əsas şeyə çevriləndə hədəfə doğru getmək çox çətindir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!