Valyuta məzənnəsi:
17:35 "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"  |     16:35 Əlikram efirdə AĞLADI: “Özümə bağışlaya bilmirəm” - VİDEO  |     16:10 "O uşaqdır, cavab vermədim, anası Rəqsanə ilə danışdım"  |     15:33 "O videoda lüt deyiləm, 5 milyon baxış gəlib, nəyi yüngüllükdür? - VİDEO  |     15:15 “Beşiktaş” İngiltərədən futbolçu transfer etdi  |     14:25 Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü - VİDEO  |     14:04 "Bavariya" onunla bağlı qərarını verdi  |     13:33 Həmin liseydə Əməkdar artistin övladı da olub  |     13:15 Süni mayalandırma etdirdilər, uşaqları qara dərili oldu  |     11:45 Prezident Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  |     11:35 "Dostlarım var ki, pulu ütüləyib saxlayırlar"  |     11:01 “Fatihin ayılmamağı daha yaxşı oldu”  |     10:47 Pol Poqba heyətdən kənarlaşdırıldı  |     10:35 "2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"  |     10:32 Bakıda şagird müəllimi güllələdi  |     10:23 Barselona" maaşını azaltmaq istəyir  |     09:50 Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar  |     09:35 "Aşk-ı Memnu"nun məşhur aktyoru yeni SERİALDA - FOTO  |     09:20 "Liverpul" 100 milyonluq oyunçu alacaq  |     18:10 “Meşə kralının arvadıyam” - FOTOlar  |    
CityNews.az » Əsas » Qar uçqununda həlak olan digər hərbçimiz də dəfn olundu - FOTO

Əsas / Son xəbərlər / Ölkə / Cəmiyyət

Qar uçqununda həlak olan digər hərbçimiz də dəfn olundu - FOTO


Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.

"Report"un Aran bürosu xəbər verir ki, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub.

Dəfn mərasimində qar uçqunda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü İmanov Əli Tariyel oğlunun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ə. İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ə. İmanov 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, martın 19-da Əli İmanov hərbçi yoldaşı Rüstəm Həmidovla birgə qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində martın 20-də əsgərlərin nəşi tapılıb və ailələrinə təhvil verilib.