Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |     12:50 “Beşiktaş”dan Braziliya klubuna keçdi  |     12:35 Saba Tümer məşhur serialda rol alacaq  |     12:16 Elnur Qasımov müdir təyin olundu  |    
CityNews.az » Son xəbərlər » Çində “Formula-1” mərhələsində sprint yarışının qalibi məlum oldu

Son xəbərlər / F1 / İdman

Çində “Formula-1” mərhələsində sprint yarışının qalibi məlum oldu


“Ferrari”nin britaniyalı pilotu Luis Həmilton “Formula-1” avtomobil yarışları üzrə dünya çempionatının ikinci mərhələsi – Çin Qran-prisinin sprint yarışının qalibi olub.

Yarışlar Şanxayda keçirilir.

İkinci yeri “McLaren”in avstraliyalı pilotu Oskar Piastri tutub. Üçüncü yeri “Red Bull” komandasından niderlandlı Maks Ferstappen qazanıb.

“Formula-1”də sprint yarışları 2021-ci ildən keçirilir. Sprintdə qalib gələn pilot çempionatın ümumi hesabına 8 xal qazanır. Həmilton belə bir yarışı ilk dəfə qazanıb. Britaniyalı sprint yarışını qazanan ilk “Ferrari” pilotu olub.

Həmiltonun 40 yaşı var, o, “Formula”1-in yeddiqat çempionudur. Britaniyalı pilot “Ferrari” komandasında ikinci Qran-prisini keçirir. 2013-cü ildən pilot “Mercedes”də, 2007-2012-ci illərdə isə “McLaren”də çıxış edib.

Yarışın sıralama turu şənbə günü keçiriləcək və Bakı vaxtı ilə saat 11:00-da başlanacaq. Yarış bazar günü saat 11:00 start götürəcək. /Report.az