Valyuta məzənnəsi:
19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |     23:30 "Qarabağ" Azərbaycan Kubokunun finalında!  |     18:35 Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır  |     18:10 Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur - FOTO  |     17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |    
CityNews.az » Cəmiyyət » "Faiq Ağayev susqunluğunu pozdu" - FOTOLAR - VİDEO

Cəmiyyət / Maqazin

"Faiq Ağayev susqunluğunu pozdu" - FOTOLAR - VİDEO


"CinemaPlus Gənclik Mall"-da Xalq artisti Faiq Ağayevin ifa etdiyi, musiqisi Nadir Nəğd Pula, sözləri Cavid Şahbazbəyova aid olan "Gözüm dəyməsin sənə" mahnısına hazırlanan klipin təqdimatı keçirilib.

Magazinews.Az az xəbər verir ki, çəkiliş müddəti ümumilikdə 29 saata, klipin hazırlanması isə bir aya başa gələn klipin rejissorluğu Nail Naiboğluya həvalə olunub. Xatırladaq ki, bu xalq artisti ilə rejissorun birlikdə ərsəyə gətirdikləri ilk ekran işidir.

6 il fasilədən sonra çəkilən klipin yaradıcı heyətinə gəlincə isə ssenari müəllifi Aleks Anişenko, operator Delee, montajçı Əhməd Əli, rəng korreksiyası Emin Muradov, səs rejissoru isə Teymur Abdullayevdir. Stilistlər "İn Studio"-dan Nuranə, Zeynəb və Roman Məmmədovdur. Klipin prodüsseri Faiq Ağayevdir.
Ekran işində əsas obrazı yazıçı Nərminə Məmmədzadə canlandırıb. Bundan əlavə, digər rollarda bir çox məşhur simalar - Xalq artisti Murad Dadaşov, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov, Tünzalə Əliyeva, Sona Babayeva, Mirzə Ağabəyli, Nadir Nəğd Pul, Ramil Nabran, rəqqasə Fatimə və oğlu Hüseyn, stilist Roman Məmmədov, aktrisa Mənsurə Əliyeva və Şahin Hüseynovun rəhbərlik etdiyi "Grifon" rəqs qrupu çəkiliblər. Çəkilişlər "Baku Bizness Factory" ofisində, bir qismi isə "Ağ Şəhər" -də həyata keçirilib.

Rejissor Nail Naiboğlu ekran işinin son illər şou-biznesdə çəkilən ən bahalı klip olduğunu, həm də Xalq artistinin klipin ödənişini vaxtında edən nadir müğənnilərdən olduğunu, bəzilərinin aylarla gözlətdiyini" bildirib.

Klipi üçün imicində dəyişiklik edən tədbirin səbəbkarı son zamanlar rus şou-biznesində çəkilən kliplərdən bəhrələnməsi barədə sualı cavablandırıb:
"Mən 2001-ci ildən, 17 ildir ki, məşhur simalara kliplərimdə yer ayırmışam."

Tarkanla müqayisə olunmasına isə Xalq artisti özünəməxsus şərh verib:
"Onunla müqayisə edilmək gözəldir, dünya starıdır, ancaq mən səhnədə olanda Tarkan oxumurdu."

Qeyd edək ki, klip 1 oktyabr tarixindən eksklüziv olaraq Mtv.Azərbaycan kanalında, 6 oktyabr tarixindən Faiq Ağayevin rəsmi youtube kanalında, TMB kanalında, Connect kabel televiziyasının efirində, həmçinin yerli Tv-lərdə yayımlanacaq.
Təqdimatın təşkilinə "Maya" meksikan restoranı, "Ganja Sharab", "Banketnaya" araqları və "Gala" şərabları dəstək olub.

Tural Hüseyn

Fotolar : Ramin Qurbanov