Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » Bu gün NATO, AB və G-7 toplanır: Qərar nə olacaq?

Əsas / Siyasət / Dünya

Bu gün NATO, AB və G-7 toplanır: Qərar nə olacaq?


“Bu gün Qərb cəbhəsində üç böyük toplantı keçiriləcək: NATO-nun fövqəladə zirvəsi, G-7 zirvəsi və Avropa İttifaqı liderlərinin görüşü. Hər üç görüşdə Moskvaya qarşı yeni addımların atılması qərarı gözlənilir, lakin bu qərarların Rusiyanın Ukraynada işğal hücumunu dayandıracağı gözləntisi azdır”.

Yeniçag.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Ukraynanın əsas iki tələbi var:

“1. Hava məkanının bağlanması;

2. Döyüş təyyarələrinin və hava hücumundan müdafiə sistemlərinin verilməsi;

Qərb cəbhəsinin mövqeyi, xüsusilə “Üçüncü Dünya müharibəsindən çəkinməklə” bağlı əsası Kiyevin bu tələblərinin yenə havada qalacağını deməyə əsas verir. NATO Baş katibi Yens Stoltenberqin açıqlaması da bu yöndədir.

“Bizim istəyimiz müharibənin Ukraynadan çıxmaması və NATO-Rusiya münaqişəsinə çevrilməməsidir, çünki bu daha çox ölüm və dağıntılara səbəb olacaq”, – baş katib bildirib.

O, Kiyevə veriləcək dəstəyin nə olacağını da açıqlayıb:

– Əlavə hərbi yardım;

– Kibertəhlükəsizliklə bağlı yardım;

– Kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükəsindən qorunmaq üçün avadanlıqlar”.

A. Nərimanlının fikrincə, NATO və G-7 zirvəsinin Qərb blokunun daha sıx birləşməsi, Şərqi Avropa boyunca – Rusiya ilə sərhəddə yerləşən üzv ölkələrin təhlükəsizliyinin qorunması məqsədi daşıdığı görünür: “Ukrayna motivdir.

NATO-ya üzvlük məsələsindən imtina edən və NATO-nun zirvə görüşündə üzvlük məsələsinin ümumiyyətlə müzakirə edilməyəcəyi Ukrayna üçün Aİ-yə üzvlük aktual məsələlərdəndir.

Lakin bu gün müzakirə ediləcək bu məsələ ilə bağlı qərarın veriləcəyi də sual altındadır”.