Valyuta məzənnəsi:
00:04 Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO - FOTO  |     23:11 İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO  |     19:35 "Yuxuda İlhamə tacını başıma qoyub dedi ki..."  |     17:35 "Bakının yaxşı yerlərində 3 evim, 1 mağazam var"  |     16:35 Aysunun çılğın rəqsi müzakirələr yaratdı - VİDEO  |     16:05 Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM  |     15:55 Qumral ilk dəfə canlı oxudu - tənqid olundu - VİDEO  |     15:15 Nərmindən növbəti qələbə nəğməsi - AUDİO  |     14:50 İrem nişanlısından ayrıldı  |     14:35 "Liverpul" 100 milyona müdafiəçi alacaq  |     14:20 Ərdoğan İlham Əliyevi təbrik edib  |     14:10 "Gəlməyim üçün 100 min manat təklif etdi, yox dedim"  |     13:10 "Məni öldürmək istəyirlər"  |     12:51 Onlara yeni vəzifə verildi  |     12:12 Banu illər sonra: gözəlliyi diqqət çəkdi - VİDEO - FOTO  |     11:23 Ərini qaynar yağla öldürdü - FOTO  |     10:50 "Uzak şehir"dən gedir - FOTO  |     10:23 Çin avtomobilləri casusluq edirlər  |     10:05 300 min "Qalatasaray"lı Messidən bunu xahiş etdi  |     09:57 Metro istifadəçilərinə sevindirici xəbər - Sayı artırılır...  |    
CityNews.az » Əsas » Bu məhsullarının ölkəmizdə satışına qadağa qoyuldu

Əsas / Son xəbərlər / İqtisadiyyat / Ölkə / Cəmiyyət

Bu məhsullarının ölkəmizdə satışına qadağa qoyuldu


Xəbər verildiyi kimi, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb.

Citynews.Az bildirir ki, aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub. 

Belə ki, Ukrayna Respublikasının "Shidzahid", "Zagotservice", "Myasador", "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin "Lutskaya Agrarnaya Kompaniya" şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub. Həmçinin Belarus Respublikasının SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, "Qrodnenskiy Myasokombinat OAO"nun dondurulmuş mal əti, Braziliya Federativ Respublikasının "Masterboi" istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustan Respublikasının "Azat LLC" istehsalçı şirkətinin quzu əti, Rusiya Federasiyasının "Miratorg-Kurs" istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.