Valyuta məzənnəsi:
17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |     13:03 Prezident Allahverən İsmayılovu təltif etdi  |     12:08 Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO  |     11:07 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”  |     10:43 Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək  |     09:56 Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO  |     09:31 “Panathinaikos”da Fatih Terim qərarı  |     20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |    
CityNews.az » Əsas » Dubaydakı ölkəmizin investisiya potensialı təqdim olunur

Əsas / İqtisadiyyat

Dubaydakı ölkəmizin investisiya potensialı təqdim olunur



Martın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusunda 11-ci İllik İnvestisiya Toplantısı (Annual Investment Meeting - AIM) öz işinə başlayıb.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunur.

KOBİA-nın təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Orada həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilir.

Bu gün Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Azərbaycan stendində olublar.

Azərbaycan stendi martın 31-dək ziyarətçilərə açıq olacaq.

Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, iş adamlarını, investorları bir araya gətirən İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır. Tədbir çərçivəsində bir sıra istiqamətlər, o cümlədən mikro və kiçik sahibkarların dəstəklənməsi, onların iqtisadiyyatlarda rolunun artırılması sahəsində də müzakirələr aparılır.