Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |     12:50 “Beşiktaş”dan Braziliya klubuna keçdi  |     12:35 Saba Tümer məşhur serialda rol alacaq  |    
CityNews.az » Əsas » Ərdoğan-Tramp görüşü harada baş tutacaq?

Əsas / Son xəbərlər / Siyasət / Dünya

Ərdoğan-Tramp görüşü harada baş tutacaq?


Antalya Diplomatiya Forumunda çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Türkiyəyə mümkün səfəri ilə bağlı vacib açıqlamalar verib.

Milli.Az xəbər verir ki, nazir bildirib ki, görüşün harada keçiriləcəyi ilə bağlı dəqiq qərar verilməyib və danışıqlar davam edir.

"Hazırda dəqiq bir vəziyyət yoxdur. Görüşün Türkiyədə, yoxsa ABŞ-da keçiriləcəyi ilə bağlı işlər davam edir", - deyə Fidan qeyd edib.

"Hürriyet" qəzetinin köşə yazarı Əbdülkadir Selvinin məlumatına görə, Ərdoğan-Tramp görüşü ilə bağlı iki əsas ssenari nəzərdən keçirilir.

Birinci ssenariyə əsasən, Tramp mayın ortalarında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək və bu tur çərçivəsində son dayanacağı Türkiyə ola bilər.

İkinci ehtimal isə görüşün ABŞ-da Ağ Evdə keçirilməsidir. Əvvəllər görüş üçün aprelin sonu və ya mayın əvvəli nəzərdə tutulsa da, hal-hazırda planlaşdırma iyun ayına yönəlib. Ankara və Vaşinqton görüş üçün eyni anda dəyərləndirilir.