Valyuta məzənnəsi:
17:05 "Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI  |     16:53 Röya qaçhaqaçda! - VİDEO  |     16:23 64 yaşlı müğənninin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     15:25 "Roza, Nigar Camal və Natavan məndən GÖZƏLDİR"  |     14:53 Aygün geri döndü - Namiqlə belə GÖRÜNTÜLƏNDİ - VİDEO  |     14:20 "Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO  |     13:53 Flora Kərimova ilə qohum olan müğənni: "Onun babası soyadı QORUYA BİLMƏYİB"  |     11:53 Bakıda günlərdir divarın arasında qalan pişiklər belə XİLAS OLUNDU - VİDEO  |     11:20 Azərbaycanlı bloqer Sefonun klipinə çəkilir - VİDEO  |     10:45 7 dəfə ərə gedən müğənni: “Bəyin atasının alt paltarını biz ALMALIYIQ?”  |     10:10 Məcburi dayanma ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     10:05 "Gənclər bir-birinə zərbə endirir, sonra isə dostlaşırlar" - Tçuameni və Valverde davasından DANIŞDI  |     09:53 "Nigar Camalı makiyajsız görmək istərdim"  |     09:20 29 yaşlı NBA oyunçusu vəfat etdi  |     09:15 “Neçə il bağça biznesim olub”  |     17:17 "Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR  |     17:05 9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO  |     16:50 Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ  |     16:37 UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı  |     16:25 Nigar Fərhad ilk dəfə qızının FOTOlarını paylaşdı  |    
CityNews.az » Əsas » Qar yağacaq, dolu düşəcək - Hava kəskin dəyişir

Əsas / Son xəbərlər / Ölkə

Qar yağacaq, dolu düşəcək - Hava kəskin dəyişir


Rayonlarda gözlənilən hidrometeoroloji hadisə haqqında əhaliyə xəbərdarlıq edilib.

Bu barədə Citynews.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.

Aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.

Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir.


Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Aprelin 15-16-da qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.