Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Əsas » Prezident Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

Əsas / Son xəbərlər / Siyasət

Prezident Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib.

Citynews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə əmək, məşğulluq, habelə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar qeyd edildi.

Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu dövrdə bütün infrastrukturun tamamilə məhv edildiyini xatırladaraq vurğuladı ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı bununla bağlı Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın əhəmiyyətini vurğuladı.

Qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında layiqli əmək üzrə 2 proqramın uğurla icra olunduğunu xatırladaraq, hazırda "2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın layihəsi üzərində işlərin davam etdirildiyini dedi.

Jilber Hunqbo Azərbaycanın DOST konsepsiyası modelinin öyrənilməsinin əhəmiyyətinə toxundu, sosial sahədə həyata keçirilən islahatlarla bağlı təcrübənin bölüşdürülməsinin vacibliyini vurğuladı.

O, COP29 çərçivəsində ədalətli keçid üzrə səmərəli müzakirələrin aparıldığını dedi və bunun nəticəsi olaraq Avropa və Mərkəzi Asiya üzrə Regional İşçi Qrupunun yaradılmasını xüsusilə qeyd etdi.

Jilber Hunqbo Beynəlxalq Əmək Təşkilatının sosial məsələlərlə bağlı ölkəmizin inkişaf prioritetlərinə dəstək verəcəyini bildirdi.