Valyuta məzənnəsi:
19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |     23:30 "Qarabağ" Azərbaycan Kubokunun finalında!  |     18:35 Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır  |     18:10 Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur - FOTO  |     17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |    
CityNews.az » Mədəniyyət » “Afaq Bəşirqızı ilə “Toya bir gün qalmış”

Mədəniyyət / Cəmiyyət

“Afaq Bəşirqızı ilə “Toya bir gün qalmış”


Azərbaycan Dövlət Musiqili Teatrı 5 və 13 oktyabr tarixlərində saat 19:00-da görkəmliyazıçı-dramaturq Əli Səmədlinin "Toya birgün qalmış” komediyasını təqdim edəcək.


Magazinews.az-ın məlumatına görə, teatrın mətbuat xidmətindən bildirilib ki, milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət ordenli” Afaq Bəşirqızı bu tamaşa da baş rolu ilə onu sevənlərin görüşünə gələcək. Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbədəyəcək. Beləliklə, ailədə fnişləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Elə buərəfədə "ölü” qəfildən “diri”lir... Əsl tragikomik vəziyyətdə məhz bundan sonra başlayır...


Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar  rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edirlər.

Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir. Musiqili Teatr Afaq Bəşir qızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya dəvət edir. Teatrsevərlər  6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsertkassalarından, "ASAN Xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə edə bilərlər.