Valyuta məzənnəsi:
15:18 Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO  |     15:05 Şəhərin mərkəzində binadan ŞƏLALƏ AXIR - VİDEO  |     14:45 "Mən Vəfa kimilərinin hesabına bu yerlərə gəlməmişəm" - VİDEO  |     14:02 Nuranın oğlanları toy etmədən EVLƏNDİ - VİDEO  |     13:11 ŞOU-BİZNES Balaəli tıxacda lüks avtmobili ilə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO  |     12:28 Aparıcı efirdə GİLEYLƏNDİ: "Kaş mənim nənəm də..." - VİDEO  |     12:03 "O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO  |     10:43 Nəfəs və Zeynəb bahalı avtomobillərində BELƏ GÖRÜNTÜLƏNDİLƏR - VİDEO  |     18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |    
CityNews.az » Əsas » Musiqili Teatrda premyera – “PSİX”

Əsas / Teatr-Rəsm

Musiqili Teatrda premyera – “PSİX”


29 aprel saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası olacaq. 


Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilmişdir. 18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur.
 
Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.


Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxacaqlar.  


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında “Psix” tamaşasına baxmaq istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərlər.  Kollektiv sifarişlər qəbul olunur.