Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Xəzər dənizində yeni kəşfiyyat quyusu qazılır

Əsas / İqtisadiyyat

Xəzər dənizində yeni kəşfiyyat quyusu qazılır


Xəzər dənizində yeni kəşfiyyat quyusu qazılır


BP Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator olaraq bildirir ki, “Satti” özüqalxan qazma qurğusu Saziş sahəsinin Cənub Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ geoloji-kəşfiyyat quyusu sahəsinə keçirilib.

“BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi üzrə qazılan ikinci kəşfiyyat quyusu (BHEX01) bağlanıb. Bu quyu AYDH üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində 4230 metr ümumi dərinliyinədək qazılmış və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilib. Quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanıb.

Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH sahəsində qazılacaq üçüncü kəşfiyyat quyusudur və AYDH üzrə Əsas kəşfiyyat dövrü ərzində planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsidir.

Bu quyunun qazma əməliyyatları 2022-ci il aprelin 3-də başlanılıb və təxminən üç aya quyunun ümumi dərinliyə çatacağı gözlənilir. Bundan sonra isə əgər kollektor haqqında əlavə məlumat toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma işləri əlavə bir ay da davam edə bilər.

QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır. Əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılır.

BP AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50% və LUKOİL - 25%.


/Report