Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » Azərbaycanlı məşhurlar "Türkistan" beynəlxalq turistik müsabiqəsinə qatıldılar

Əsas / Mədəniyyət / Turizm

Azərbaycanlı məşhurlar "Türkistan" beynəlxalq turistik müsabiqəsinə qatıldılar





Qazaxıstanın Türkistan şəhərində azərbaycanlı müğənni Məmmədov Amil Həsənoğlunun iştirakıyla "Türkistan - Türk dünyasının mənəvi paytaxtı" beynəlxalq turistik müsabiqəsinin realiti-şousunun çəkilişləri baş tutub.

Bu barədə CityNews.Az-a Qazaxıstan səfərinin təşkilatçısı, rejissor, prodüsser Ceyhun Kərimov bildirib.

Onun sözlərinə görə, "TOURISM KZ" telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə həmyerlimiz Amil Həsənoğlu ən intellektual iştirakçı elan olunub.

Layihədə, həmçinin, Mirbek Atabekov (Qırğızıstan), Sitora Farmonova (Özbəkistan), Serena Uzun (Türkiyə), Aleksey Lodoçnikov (Qazaxıstan) da iştirak ediblər.

Ceyhun Kərimovun verdiyi məlumata görə, realiti-şounun qaydalarına əsasən, müxtəlif yerlərə ekskursiya edən müsabiqə iştirakçıları tamaşaçıları Türkistan vilayalətinin tarixi görməli yerləri ilə tanış etməli və hər kəsi bölgəyə səfərə dəvət etməli olublar. Gördükləri yerlər haqqında məlumatı isə iştirakçılar bələdçidən və digər müxtəlif mənbələrdən alıblar. 

Qeyd edək ki, sözügedən reliti-şou daxili və xarici turizmin inkişafına, Türkistan vilayətinin milli, tarixi və mədəni dəyərlərinin təbliğinə, türkdilli ölkələr arasında münasibətlərin və mədəni əlaqələrin inkişafına yönləndirilib.

"Karvan-saray" kompleksində konsert verən müğənnilər müxtəlif mükafatlara layiq görülüblər:

"Amil Məmmədov - "İntellektual turist", Seren Uzun - "Uğurlu debüt", Sitora Farmonova - "Turizm favoriti", Mirbek Atabekov - "Turizm generalı", Aleksey Lodoçnikov - "Dostluq çarçısı".

Konsertdə, həmçinin, Qazaxıstan müğənniləri Beybit Koşkaliyev və Sədrəddin Bolat da çıxış ediblər.

Rejissor Ceyhun Kərimov qeyd edək ki, Amil Həsənoğluya Türkistanda klip də çəkib.

Klip azərbaycanlı turist və qazaxıstanlı gözəl bələdçi arasındakı sevgidən bəhs edir.  Klipin baş qəhrəmanı "TOURİSM KZ" telekanalının rəhbəri, "Türkistan - Türk dünyasının mənəvi paytaxtı" beynəlxalq layihəsinin müəllifi Aygül Yerjigitdir. Layihə digər ölkələrin iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Klipin operatoru Əli Qustman ,montaj və  rəng həmişəki kimi rejissorun bütün işlərində yanında olan Aleks Anişenkodur.

Bildirək ki, rejissor, prodüsser kimi fəaliyyət göstərən Ceyhun Kərimovun bir çox tanınmış sənətçilərlə iş birliyi olub. O, gələcəkdə  də yeni layihələrin işıq üzü görəcəyinin anonsunu verib.