Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:35 Məşhur çempion xanəndə idmandan UZAQLAŞIR?  |     12:25 Elnarə yenə adını "dəyişdi"  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |    
CityNews.az » Əsas » Yeni Roma Papası seçildi

Əsas / Son xəbərlər / Dünya

Yeni Roma Papası seçildi


Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-lı Kardinal Robert Prevost Roma Katolik Kilsəsinin yeni papası və lideri seçilib və Müqəddəs Pyotr Meydanında toplaşan izdihama yüksək rütbəli kardinal tərəfindən onun XIV Leo adını seçdiyi elan edilib.

---------
20:14


8 may 2025-ci il tarixində Vatikan şəhərində keçirilən konklav nəticəsində yeni Papa seçilib. Sistina Şapelinin bacasından çıxan ağ tüstü Katolik kilsəsinin 267-ci Papasının seçildiyini rəmzi şəkildə elan edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Papa Fransiskin 21 aprel tarixində vəfatından sonra başlayan seçim prosesində dünyanın 70 ölkəsindən 133 kardinal bir araya gələrək səsvermə yolu ilə yeni ruhani lideri müəyyən ediblər. Seçim üçüncü turda yekunlaşıb və yeni Papa yaxın zamanda Vatikanın məşhur Müqəddəs Pyotr Bazilikasının eyvanından rəsmi şəkildə xalqa təqdim olunacaq.

Hazırda yeni Papa'nın adı hələlik açıqlanmayıb, lakin onun seçildiyi rəsmi şəkildə təsdiqlənib. Gözlənilir ki, yaxın dəqiqələrdə və ya saatlarda yeni Papa'nın adı bütün dünyaya elan ediləcək.

Xatırladaq ki, Papa Fransiskin ölümündən sonra Roma Papası postuna dörd kardinal namizəd idi.

Namizədlərdən biri Filippinin paytaxtı Maniladan olan arxiyepiskop Luis Antonio Taqledir. Jurnalistlər qeyd edirlər ki, o, konklavda səs çoxluğu qazanacağı təqdirdə Asiya əsilli ilk pontifik kimi tarixə düşəcək, eyni zamanda, "ən liberal Roma papası" olacaq.

Digər namizəd Vatikanın dövlət katibi Pyetro Parolindir. O, dəfələrlə beynəlxalq münaqişələrin nizamlanmasında iştirak edib və buna görə "Vatikanın misilsiz diplomatı" reputasiyasını qazanıb.

Üçüncü namizəd əslən Macarıstandan olan arxiyepiskop Esterq Budapeştli Peter Erdyodur. Dördüncü namizədin isə Keyp-Kostun keçmiş yepiskopu Piter Turksondur. Jurnalistlər qeyd edirlər ki, o, tarixin ilk qaradərili Roma Papası ola bilər.