Valyuta məzənnəsi:
00:04 Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO - FOTO  |     23:11 İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO  |     19:35 "Yuxuda İlhamə tacını başıma qoyub dedi ki..."  |     17:35 "Bakının yaxşı yerlərində 3 evim, 1 mağazam var"  |     16:35 Aysunun çılğın rəqsi müzakirələr yaratdı - VİDEO  |     16:05 Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM  |     15:55 Qumral ilk dəfə canlı oxudu - tənqid olundu - VİDEO  |     15:15 Nərmindən növbəti qələbə nəğməsi - AUDİO  |     14:50 İrem nişanlısından ayrıldı  |     14:35 "Liverpul" 100 milyona müdafiəçi alacaq  |     14:20 Ərdoğan İlham Əliyevi təbrik edib  |     14:10 "Gəlməyim üçün 100 min manat təklif etdi, yox dedim"  |     13:10 "Məni öldürmək istəyirlər"  |     12:51 Onlara yeni vəzifə verildi  |     12:12 Banu illər sonra: gözəlliyi diqqət çəkdi - VİDEO - FOTO  |     11:23 Ərini qaynar yağla öldürdü - FOTO  |     10:50 "Uzak şehir"dən gedir - FOTO  |     10:23 Çin avtomobilləri casusluq edirlər  |     10:05 300 min "Qalatasaray"lı Messidən bunu xahiş etdi  |     09:57 Metro istifadəçilərinə sevindirici xəbər - Sayı artırılır...  |    
CityNews.az » Əsas » İlham Əliyev yeni Roma Papasını təbrik etdi

Əsas / Son xəbərlər / Siyasət

İlham Əliyev yeni Roma Papasını təbrik etdi


Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib.

Citynews.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-müqəddəsləri.

Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.

Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm".