Valyuta məzənnəsi:
17:33 "Qəti balaca Səidəyə buna izin verməzdim" ” - Efirdə AĞLADI - VİDEO  |     17:07 "Beşiktaş" yeni baş məşqçisini AÇIQLADI  |     16:55 "Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""  |     16:35 Rəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO  |     16:11 Tanınmış idmançının anasına etdiyi sürpriz DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:10 "İzləsinlər, infarkt keçirsinlər, təzyiqləri QALXSIN"  |     15:23 İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb  |     14:50 İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO  |     13:50 Dilan Polatın öldürülən cangüdəninin dəfnində qızından ürəkdağlayan SÖZLƏR - VİDEO  |     12:23 Mərhum Xalq artistinin oğlu efirdə AĞLADI - VİDEO  |     12:05 Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO  |     11:30 Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO  |     11:13 "Nişanımda oynamağıma yazırlar ki, bəysən, AĞIR OL"  |     11:05 Mayk Tayson arvadını Bred Pittlə necə TUTDU? - FOTOlar  |     10:11 Eldarla Ranardan "ORİENTAL ŞOU" - VİDEO  |     10:04 Azərbaycan millisi Malta ilə qarşılaşacaq  |     10:00 Müller boşandı - FOTO  |     09:23 "Uşaqlarım 3 ay mənsiz qaldı, böyük "stress" yaşadılar"  |     17:23 "Mən liderəm, prezident olmağa gəlmirəm”  |     17:13 Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO  |    
CityNews.az » Son xəbərlər » "Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin"

Son xəbərlər / Əsas / İdman

"Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin"


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 34-cü turunda "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. 

Milli.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, texniki səhvlər çox olub: "Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə ərzində qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm". 

Mütəxəssis bildirib ki, yerli çempionatda yaxşı legionerlər var: "Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır. Ona görə buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox istəyirik ki, kənardan oyunçu dəvət edək. Hər bir halda, daim hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin(gülür). Ona görə bu məsələ inandırıcı görünmür".

Q.Qurbanov Tahir Gözəlin "Kubok bitdikdən sonra Qurban Qurbanovla oturub transferlərlə bağlı danışacağıq" sözlərinə belə deyib: "Yekun olaraq ətraflı müzakirə edirik sonda. Amma ümumi iş rejimimizi saxlamırıq ki, mövsümün sonundan sonra başlayacağıq. Rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk. Hələ qəti heç nə yoxdur ki, kimləsə razılaşdıq. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik".