Valyuta məzənnəsi:
17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |     23:30 "Qarabağ" Azərbaycan Kubokunun finalında!  |     17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |     13:03 Prezident Allahverən İsmayılovu təltif etdi  |     12:08 Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO  |     11:07 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”  |    
CityNews.az » Əsas » Sabah yağış yağacaq, güclü külək əsəcək

Əsas / Cəmiyyət

Sabah yağış yağacaq, güclü külək əsəcək



Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər qısamüddətli bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacaq.