Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:35 Məşhur çempion xanəndə idmandan UZAQLAŞIR?  |     12:25 Elnarə yenə adını "dəyişdi"  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |    
CityNews.az » Əsas » Bakıda sürətin ritmə çevrildiyi an: Anyma ilə musiqi və avtoidmanın nəfəskəsən gecəsi!

Əsas / Son xəbərlər / F1 / İdman

Bakıda sürətin ritmə çevrildiyi an: Anyma ilə musiqi və avtoidmanın nəfəskəsən gecəsi!




Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq!

Beləliklə, bu ilin ən çox gözlənilən tədbirlərindən biri – Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 – yalnız sürət, rəqabət və texnologiya ilə deyil, eyni zamanda qeyri-adi musiqilərlə yadda qalacaq.

Bu, sadəcə konsert deyil – reallıqla fantaziyanın sərhədlərini yox edəcək audiovizual şoudur. Anyma səhnədə təkcə musiqi ifa etmir – o, texnologiya, animasiya, işıq effektləri və emosional vizuallar vasitəsilə dinləyicini paralel bir dünyaya aparır. Onun çıxışı, sanki futuristik sənət qalereyasında canlı performansa baxmaq kimidir.

Qran Pri idman yarışı olmaqla bərabər, həm də festival abu-havasıdır. Hər il olduğu kimi, bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmaz anlar vəd edir. Anyma-nın çıxışı bu gecələrin zirvəsi olacaq – motorsportun həyəcanı, şəhərin enerjisi və elektron musiqinin hipnozedici təsiri birləşərək epik bir təcrübəyə çevriləcək.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə 4 günlük bilet sahibləri konsertdə iştirak edə biləcəklər. Geri sayım artıq başladı! Unudulmaz gecənin bir hissəsi olmaq istəyirsənsə, biletini almağa tələs!