Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |     12:50 “Beşiktaş”dan Braziliya klubuna keçdi  |     12:35 Saba Tümer məşhur serialda rol alacaq  |    
CityNews.az » Əsas » "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır - FOTO

Əsas / Son xəbərlər / F1 / İdman

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır - FOTO







Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025: Tribunalardakı yerlərin sayı 20 000-i keçəcək.


Bu barədə Citynews.Az-a Bakı Şəhər Halqasından məlumat verilib.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq işləri davam etdirilir.

Belə ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.

Artıq Bakı Şəhər Halqası ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran Prisinə artan marağın nəzərə alınaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü dördgün ərzində tribunalar da canlı olaraq 76 000-dən çox azarkeş izləyib.

Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 19–21 sentyabr tarixlərində keçiriləcək.