Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Ordubadda iki şəhidin anım mərasimi keçirildi – FOTO/VİDEO

Əsas / Son xəbərlər / Cəmiyyət / Ordu

Ordubadda iki şəhidin anım mərasimi keçirildi – FOTO/VİDEO


Ordubad rayonunun Gənzə kəndində xüsusi bir tədbir keçirilib. Bu tədbirdə bir ailənin iki şəhid övladı – əmisi və onun adını daşıyan qardaşı oğlunun xatirəsi yad edilib. Onlar Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqla ailələrinin, kəndlərinin və bütün Azərbaycanın qürur mənbəyinə çevriliblər.

Doğru.Az xəbər verir ki, mərasimdə “Fireland Group”un rəhbəri, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin müəllifi Cəlal Qurbanov da iştirak edib. O, bu anlamlı anları öz sosial media hesabında bölüşərək tədbirin mənəvi yükündən bəhs edib:

“Bu gün Ceyhun balamızın ildönümü münasibətilə Ordubaddaydıq. Əmisi Ceyhun Hüseynovun izindən gedən və onun adını daşıyan qəhrəman balamız da əsl igid kimi Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. İki şəhidi olan bu ailənin yanında olmaq mənim üçün böyük şərəf idi”.

Tədbirdə şəhidlərin anası və nənəsi olan Səhrayə ana da iştirak edib. Ailə üzvləri mərhum atalarının sağlığında verdiyi vəsiyyəti yerinə yetiriblər – ailəlikcə şəhidin ildönümündə iştirak ediblər. Cəlal Qurbanov atasının bu vəsiyyətinə sadiq qalaraq ailəsi və dostları ilə birlikdə ziyarətə qatılıb:

“Atam istəyirdi ki, şəhid Ceyhun balamızın ildönümündə hamımız bir araya gələk. Biz də bu arzuya sadiq qalaraq ailəmizlə, dəyərli şəhid analarımızla birlikdə onun ruhuna dualar oxuduq. Ceyhunun doğmaları, kənd sakinləri bizləri böyük ehtiramla qarşıladılar”.

Ziyarət çərçivəsində Əshabi-Kəhf məkanına da baş çəkilib, bütün şəhidlərimizin ruhuna dualar oxunub. Cəlal Qurbanov tədbirdə ona dəstək olan yaxınlarına, xüsusilə Tofiq qardaşı və Mədinə bacısına da təşəkkür edib:

“Şəhidlər yalnız yad edilməklə deyil, onların ailələrinin yanında olmaqla yaşadılır. Atam sağlığında belə deyirdi: şəhidlərin ruhunu sevindirmək üçün onların ocaqlarını tərk etməmək lazımdır. Biz də bu yolu davam etdirəcəyik”.

Qeyd edək ki, mərasimdə tanınmış ilahiyyatçı Hacı Nuran, məşhur müğənni Mirələm Mirələmov və çoxlu sayda şəhid anaları iştirak ediblər. Tədbirin sonunda şəhidin əmisi Cəmşid Hüseynov ailəsi adından bütün qonaqlara təşəkkürünü bildirib.


[media=]