Valyuta məzənnəsi:
18:10 "Gözlərimi içəridən kəsib əməliyyat etdilər"  |     17:10 Oğluna aldığı bahalı hədiyyələri nümayiş etdirdi - VİDEO  |     15:14 Elçin Məsiyev Almaniya klubunun matçını idarə edəcək  |     14:53 Mənzurə canlı efirdə makiyajını SİLDİ - VİDEO  |     13:35 Xalq artisti dəbdəbəli evini nümayiş etdirdi - VİDEO  |     13:30 Prezidentin Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub  |     12:23 Həmyerlimiz 48 uşaq doğan 41 yaşlı qadının qonağı olub - VİDEO  |     12:15 "Bacımın müğənni olmağını istəmirəm, əri yığıb dedi ki..."  |     10:45 Sevil-Sevinc “ana oldu” - FOTO  |     10:10 Mbappe ilə bağlı "Real"a pis XƏBƏR  |     09:25 Belçika yığmasının keçmiş futbolçusu vəfat etdi  |     09:23 Bakının qonağı olan Sinem Kobalın baxışları və hərəkəti müzakirə yaratdı - VİDEO  |     18:20 "Real"ın ulduzu 4 ay oynaya bilməyəcək  |     18:11 "Çelsi"nin oyunu azərbaycanlı hakimə tapşırıldı  |     18:05 Ayan ölümlə üz-üzə qaldı  |     17:45 Afət canlı ifa etdi - izləyiciləri ilə "qırğına çıxdı" - VİDEO  |     17:15 "Anam bilir ki, atamı SEVMİRƏM"  |     16:50 "Qarabağ" - "Ayaks" matçına satılan biletlərin SAYI  |     15:20 Dünya yeni müharibə astanasında - Minlərlə əsgər orduya qatıldı  |     13:50 "Qarabağ"la oyun öncəsi "Ayaks"ın heyətində ciddi İTKİLƏR  |    
CityNews.az » Əsas » “Qarabağ”dan Şimali Makedoniyada komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət

Əsas / Son xəbərlər / İdman

“Qarabağ”dan Şimali Makedoniyada komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət


“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Şkendiya" (Şimali Makedoniya) ilə keçiriləcək oyunla bağlı azarkeşlərinə müraciət edib.

Citynews klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, oyunu “National Arena Todor Proeski" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “North-West Block 26” sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 5 avrodur. Azarkeşlər üçün "National Arena Todor Proeski" stadionunda 1000 yer ayrılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassaların matçın start fitindən 2 saat öncə açılacağı bildirilib.

Qeyd edək ki, “Şkendiya” – “Qarabağ” oyunu avqustun 5-i keçiriləcək və saat 22:00-da (Bakı vaxtı ilə) start götürəcək.