Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |     12:50 “Beşiktaş”dan Braziliya klubuna keçdi  |     12:35 Saba Tümer məşhur serialda rol alacaq  |    
CityNews.az » Əsas » Formula 1: Üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB

Əsas / Son xəbərlər / F1 / İdman

Formula 1: Üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB


13:33

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə üçüncü sərbəst yürüş başa çatıb.

Citynews.Az xəbər verir ki, "McLaren" komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib.

"Red Bull Racing"in üzvü niderlandlı Maks Ferstappen ikinci, "McLaren"dən avstraliyalı Oskar Piastri üçüncü olub.

Bu gün saat 16:00-da sıralama turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

12:35

Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə üçüncü sərbəst yürüş start götürüb.

Citynews.Az xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Üçüncü sərbəst yürüşdən sonra sıralanma turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton birinci olub.

Ardınca, saat 14:15-də Formula 2 sürücüləri sprint yarışında qalibiyyət uğrunda mübarizə aparacaqlar. Günün ən böyük maraqla gözlənilən məqamı isə saat 16:00-da start götürəcək sıralanma turu olacaq. Burada F1 pilotları sabahkı əsas yarış üçün start düzümünü müəyyən edəcəklər.

Axşam isə azarkeşləri möhtəşəm musiqi proqramı gözləyir. İlk olaraq səhnəyə britaniyalı indie-pop qrupu Glass Animals çıxacaq. Onların "Heat Waves" mahnısı "Billboard Hot 100" siyahısında 7 həftə ardıcıl zirvədə qərarlaşaraq dünya musiqi tarixində iz qoyub. Kreativ üslubu və tamaşaçı ilə canlı ünsiyyətləri ilə seçilən qrup Bakıda fərqli enerji və unikal atmosfer yaradacaq.

Gecənin əsas ulduzu isə dünya elektron musiqisinin ən məşhur adlarından biri - Martin Garrix olacaq. "DJ Mag Top 100" siyahısının dəfələrlə zirvəsində yer almış ifaçı paytaxtda milyonlarla insanın sevdiyi hitlərini səsləndirəcək. Onun "Animals", "Scared to be Lonely" (Dua Lipa ilə), "In the Name of Love" (Bebe Rexha ilə) və "We Are the People" (Bono və The Edge ilə) kimi əsərləri artıq qlobal musiqi tarixində iz qoyub. Enerji dolu setləri və möhtəşəm səhnə performansı ilə Garrix-in çıxışı yarış həftəsonunun zirvəsi olacaq.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 dünən start götürüb və 21 sentyabrda keçiriləcək əsas yarışla yekunlaşacaq.