Valyuta məzənnəsi:
17:33 "Qəti balaca Səidəyə buna izin verməzdim" ” - Efirdə AĞLADI - VİDEO  |     17:07 "Beşiktaş" yeni baş məşqçisini AÇIQLADI  |     16:55 "Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""  |     16:35 Rəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO  |     16:11 Tanınmış idmançının anasına etdiyi sürpriz DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:10 "İzləsinlər, infarkt keçirsinlər, təzyiqləri QALXSIN"  |     15:23 İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb  |     14:50 İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO  |     13:50 Dilan Polatın öldürülən cangüdəninin dəfnində qızından ürəkdağlayan SÖZLƏR - VİDEO  |     12:23 Mərhum Xalq artistinin oğlu efirdə AĞLADI - VİDEO  |     12:05 Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO  |     11:30 Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO  |     11:13 "Nişanımda oynamağıma yazırlar ki, bəysən, AĞIR OL"  |     11:05 Mayk Tayson arvadını Bred Pittlə necə TUTDU? - FOTOlar  |     10:11 Eldarla Ranardan "ORİENTAL ŞOU" - VİDEO  |     10:04 Azərbaycan millisi Malta ilə qarşılaşacaq  |     10:00 Müller boşandı - FOTO  |     09:23 "Uşaqlarım 3 ay mənsiz qaldı, böyük "stress" yaşadılar"  |     17:23 "Mən liderəm, prezident olmağa gəlmirəm”  |     17:13 Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO  |    
CityNews.az » Əsas » "Formula-1" kateqoriyasında sıralama turu başa çatdı - YENİLƏNİB

Əsas / Son xəbərlər / F1 / İdman

"Formula-1" kateqoriyasında sıralama turu başa çatdı - YENİLƏNİB


Azərbaycan Qran-prisi çərçivəsində "Formula-1" kateqoriyasında sıralama turu yekunlaşıb.

Citynews.Az xəbər verir ki, ən yaxşı nəticə "Red Bull" komandasının pilotu Maks Ferstappenə məxsus olub. İkinci yerdə "Williams" komandasının üzvü Karlos Sayns, üçüncü yerdə isə "Racing bulls" komandasının pilotu Liam Louson qərarlaşıblar.

17:46

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza qeydə alınıb.

"Maklaren" komandasından Oskar Piastri idarə etdiyi bolidi səddə çırpıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və üçüncü sessiya müvəqqəti dayanıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

17:30

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza hadisəsi yaşanıb.

"Ferrari" pilotu Şarl Leklerin idarə etdiyi bolid üçüncü sessiyada səddə dəyib.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

16:58

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində daha bir pilot uğursuzluqla üzləşib.

 "Haas" komandasının sürücüsü Oliver Bermanın bolidində problem aşkarlanıb.

O, sıralama turunun ikinci sessiyanın əvvəlində mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.

16:24

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda növbəti qəza olub. 

Bu dəfə "Kik-Zauber" komandasının pilotu Niko Hyolkenberqin idarə etditiyi bolid səddə çırpılıb.

Qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.

16:09

"Formula-1" kateqoriyasında sıralama turunda "Williams" komandasının pilotu Aleksandr Albon döngəyə düzgün girə bilməyindən problemlə üzləşib.

Onun bolidinin sol ön təkəri zədə görüb və yarışı yarımçıq dayandırmağa məcbur olub.

Hazırda sıralama turu öz axarı ilə davam edir.

16:01

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə sıralama turu start götürüb.

Citynews.Az xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə "McLaren"dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.