Valyuta məzənnəsi:
23:15 Vlahoviç "Beşiktaş"da  |     21:55 UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib  |     16:15 21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)  |     15:05 "Sabah" - "Orhus" oyununa bütün biletlər satıldı  |     14:35 Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)  |     14:04 "Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb  |     12:15 Messidən gözlənilməz qərar  |     11:50 Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)  |     09:53 Məşhur türk serialı final edir  |     09:35 Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)  |     21:20 Misli Premyer Liqasında yeni mövsümün ilk turunun təqvimi açıqlanıb  |     16:55 Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)  |     15:23 "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)  |     15:15 Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)  |     12:55 “Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar - FOTO  |     12:15 Messi KİV-i məhkəməyə verəcək  |     11:50 "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir  |     11:20 İkardidən sevgilisinə romantik jest - (Foto)  |     11:10 Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib  |     10:33 Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı  |    
CityNews.az » Əsas » Formula 1 Azərbaycan Qran Prisinin açılışı muğamla yadda qaldı

Əsas / Son xəbərlər / F1 / İdman

Formula 1 Azərbaycan Qran Prisinin açılışı muğamla yadda qaldı


Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş tutdu.

Citynews.Az xəbər verir ki, bu il himnimiz dünya şöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında səsləndirildi. Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olundu. Açılışda həmçinin milli simvolumuz - səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim edildi.

Qeyd edək ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən "Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri" elan olunub, 2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilib. Bu fakt muğamın Azərbaycan mədəniyyətinin ən dəyərli irs nümunələrindən biri kimi dünyada tanındığını bir daha təsdiqləyir.

Milli musiqi irsimizi və mədəniyyətimizi əks etdirən bu unudulmaz an Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in final yarışına rəsmi start verdi.