Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » Nara özünə sevgili TAPDI: məşhur iş adamıdır - FOTOlar

Əsas / Son xəbərlər / İdman / Maqazin

Nara özünə sevgili TAPDI: məşhur iş adamıdır - FOTOlar


Argentina əsilli model və televiziya ulduzu Vanda Nara yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Citynews.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2025-ci ilin mart ayında Mauro İkardi ilə yollarını ayıran Vanda Nara reper L-Gante ilə yaşadığı qısa müddətli münasibətdən sonra etdiyi son paylaşım ilə diqqətləri üzərinə çəkib və suallar doğurub. 

Mauro İkardi ilə ayrılıq

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə Vanda Naranın nikahı 2025-ci ilin mart ayında qalmaqallı şəkildə başa çatmışdı. Ayrılıqdan sonra İkardi aktrisa China Suareslə yeni münasibətə başlayaraq İstanbulda həyat qurmuş, Nara isə qısa müddət ərzində argentinalı reper L-Gante ilə birlikdə olmuşdu.


Yeni eşq iddiası

Lakin argentinalı ulduzun adı indi başqa biri ilə hallanır. Ölkə mediası Vanda Naranın iş adamı Martin Migueles ilə birlikdə görüntüləndiyini yazıb. Cütlük uşaqları ilə birlikdə River Plate - Palmeiras matçını tribunadan izləyərkən kameralara tuş gəlib.

Birlikdə səyahət və sosial media mesajı

Nara və Miguelesin yalnız matçda deyil, eyni zamanda Uruqvaya da birgə səyahət etməsi münasibətlərinin ciddiliyinə dair iddiaları gücləndirib. Üstəlik, Vanda Nara sosial şəbəkədə paylaşdığı güllərin üzərinə "M" baş hərfini əlavə edərək eşq işarəsi kimi qəbul edilən jest edib.

3 aydır birlikdilər?

Məlumata görə, Vanda Nara və Martin Migueles artıq təxminən üç aydır münasibət yaşayırlar. Bu isə argentinalı ulduzun şəxsi həyatında yeni səhifə açdığına dair iddiaları daha da alovlandırıb.


Hüseyn
Citynews.Az