Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » "Best Model of Azerbaijan 2022" müsabiqəsi başlayır

Əsas / Dəb

"Best Model of Azerbaijan 2022" müsabiqəsi başlayır


28.06.2022 ci il tarixində "Best Model of Azerbaijan 2022" - nin Milli Direktoru Elxan Paşayevin təşkilatçılığı ilə Hypnoze Baku-da müsabiqənin başlanması ilə əlaqədar mətbuat konfransı baş tutmuşdur.

CityNews.Az xəbər verir ki, görüşdə "Best Model of the World 2021" titulunu qazandıraraq ölkəmizə qalibiyyəti qazandıran Aydan Yeşildağ, tanınmış rəssam-modelyer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova, tanınmış modelyer-dizayner Yeganə Sadıxova və bir çox tanınmış televiziya-media nümayəndələri görüşdə iştirak ediblər.

Konfransın əsas məqsədi möhtəbər müsabiqənin yenidən doğma vətənimizə qayıtmağı və ev sahibliyi etməsidir. Mətbuat konfransında müsabiqənin başlanması, bu il keçiriləcək olan tədbirlərin qısa xülasəsi və gözlənilən təşkilatçılıqla bağlı ətraflı məlumat verilib.

Daha sonra jüri kürsüsündə əyləşən qonaqlar müsabiqənin davam edəcəyi müddət ərzində öz tövhə və gənclərə verəcəkləri xüsusi dəstəyi ifadə etdilər.

Bildirək ki, müsabiqə üzrə iştirak etmək istəyən model xanım və bəylər üzrə 10.07.2022-ci il tarixində keçiriləcək seçim turu və iştirakçılar üçün lazımlı tələblər haqqında məlumat öz əksini tapmışdır.

Müsabiqənin təşkilatçısı və milli direktoru Elxan Paşayev-in verdiyi müsahibə əsasında müsabiqənin finalının oktyabr ayında Baku Crystall Hall-da keçiriləcəyini media nümayəndələrinin diqqətinə çatdırmışdır.

Model olub məhşurlaşmaq və ölkənin ən nüfuzlu müsabiqəsində iştirak etmək istəyən xanım və bəy modellərimizi Seçim turumuza dəvət edirik.

Casting TAM ÖDƏNİŞSİZDİR.

Tələblər:
-Yaş 16-30
-Boy xanımlar 1.65-dən / bəylər 1.80-dən başlayaraq
-Şəxsiyyət vəsiqəsi
-Səlist danışıq qabiliyyəti


TURAL HÜSEYN

FOTOLAR: RAMİN QURBANOV