Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » Musiqili Teatrın əməkdaşı döyüş yerlərindən fəxrlə keçdi

Əsas / Teatr-Rəsm

Musiqili Teatrın əməkdaşı döyüş yerlərindən fəxrlə keçdi


Azərbaycan Dövlət Akademik Misiqili Teatrının gənc balet artisti,  Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Şuşada keçirilən tədbirdə iştirak edib.


MagaziNews.az xəbər verir ki, Füzulidən Şuşayadək döyüş yolu keçmiş, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş M.Ağayev mədəniyyət işçilərinə Vətən müharibəsi zamanı keçdiyi döyüş yerlərini göstərib, onlarla xatirələrini bölüşüb.


“Mən 44 günlük Zəfər tariximizdən sonra ilk dəfədir müqəddəs Şuşa torpağına ayaq basıram. Hər qarışı əzizdir… Bu barədə danışmaq o qədər də asan deyil. Haqq-ədalət savaşımızda döyüş yoldaşlarımı itirdim… Nə qədər ağır və çətin günlər yaşasaq da, eyni zamanda o günlər şərəfli idi..


Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi  könüllü olaraq döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram… İndiyə qədər aldığım bütün mükafatlar dəyərlidir, amma Şuşa torpağında olduğumu hiss etmək tam başqadır. Sözlər duyğularımı izah etməyə acizdir, sevincim, qəhərim bir-birinə qarışıb.


İndi o anlar kino lenti kimi göz önümdən keçir… Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Teatrımızın işıqçısı Əliağa Məmmədov olmaqla, Zəfər tariximizi yazan şəhidlərimizlə qürur duyuram”. 


Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının kollecini bitirən Murad Ağayev 2015-ci ildən Akademik Musiqli Teatrda çalışır. İndiyə qədər teatrın repertuarında olan əksər tamaşalarda iştirak edib. Böyük qələbədən sonra teatrda ona baletmeyster assistenti vəzifəsinin icrası da  həvalə olunub.


Qeyd edək ki, Vətən müharibəsində göstərdiyi igidliyə görə M.Ağayev ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Laçının azad olunmasına görə”  medalına layiq görülmüşdür.