Valyuta məzənnəsi:
18:10 "Gözlərimi içəridən kəsib əməliyyat etdilər"  |     17:10 Oğluna aldığı bahalı hədiyyələri nümayiş etdirdi - VİDEO  |     15:14 Elçin Məsiyev Almaniya klubunun matçını idarə edəcək  |     14:53 Mənzurə canlı efirdə makiyajını SİLDİ - VİDEO  |     13:35 Xalq artisti dəbdəbəli evini nümayiş etdirdi - VİDEO  |     13:30 Prezidentin Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub  |     12:23 Həmyerlimiz 48 uşaq doğan 41 yaşlı qadının qonağı olub - VİDEO  |     12:15 "Bacımın müğənni olmağını istəmirəm, əri yığıb dedi ki..."  |     10:45 Sevil-Sevinc “ana oldu” - FOTO  |     10:10 Mbappe ilə bağlı "Real"a pis XƏBƏR  |     09:25 Belçika yığmasının keçmiş futbolçusu vəfat etdi  |     09:23 Bakının qonağı olan Sinem Kobalın baxışları və hərəkəti müzakirə yaratdı - VİDEO  |     18:20 "Real"ın ulduzu 4 ay oynaya bilməyəcək  |     18:11 "Çelsi"nin oyunu azərbaycanlı hakimə tapşırıldı  |     18:05 Ayan ölümlə üz-üzə qaldı  |     17:45 Afət canlı ifa etdi - izləyiciləri ilə "qırğına çıxdı" - VİDEO  |     17:15 "Anam bilir ki, atamı SEVMİRƏM"  |     16:50 "Qarabağ" - "Ayaks" matçına satılan biletlərin SAYI  |     15:20 Dünya yeni müharibə astanasında - Minlərlə əsgər orduya qatıldı  |     13:50 "Qarabağ"la oyun öncəsi "Ayaks"ın heyətində ciddi İTKİLƏR  |    
CityNews.az » Əsas » Mixael Şumaxerdən illər sonra sevindirici xəbər

Əsas / Son xəbərlər / F1 / İdman

Mixael Şumaxerdən illər sonra sevindirici xəbər


"Formula-1" tarixinin ən titullu pilotlarından olan Mixael Şumaxerin səhhəti ilə bağlı illər sonra ilk dəfə ümidverici məlumat yayılıb.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına əsasən, yeddiqat dünya çempionu xeyriyyə məqsədilə təşkil edilən hərrac üçün dəbilqəsini şəxsən imzalayıb. Bu hadisə, 2013-cü ildə baş verən ağır qəzasından sonra onun səhhətində qeydə alınan ən diqqətəlayiq irəliləyiş kimi dəyərləndirilir.

Fransanın "L'Equipe" qəzetinin jurnalisti Stefan L'Ermitt mövzu ilə bağlı bildirib:

"Onun imzanı atarkən əlini həyat yoldaşı tutub, ya yox - bu barədə dəqiq məlumat yoxdur. Amma bu, illər sonra aldığımız ilk müsbət siqnaldır. Hələlik onun yeriyə və ya danışa bildiyinə dair məlumat yoxdur".

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında dağ xizəyi sürərkən başından ağır zədə alaraq komaya düşmüşdü. O vaxtdan bəri onun səhhəti barədə ictimaiyyətə çox məhdud məlumat verilir.


Sonuncu dəfə 2023-cü ilin dekabrında ailəsi pilotun nə danışa, nə də müstəqil şəkildə hərəkət edə bilmədiyini açıqlamışdı.

Yeni yayılan məlumatlar isə əfsanəvi idmançının uzun illər davam edən müalicə prosesində kiçik, amma ümidverici irəliləyişin baş verdiyini göstərir.


Tural