Valyuta məzənnəsi:
15:25 "Roza, Nigar Camal və Natavan məndən GÖZƏLDİR"  |     14:53 Aygün geri döndü - Namiqlə belə GÖRÜNTÜLƏNDİ - VİDEO  |     14:20 "Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO  |     13:53 Flora Kərimova ilə qohum olan müğənni: "Onun babası soyadı QORUYA BİLMƏYİB"  |     11:53 Bakıda günlərdir divarın arasında qalan pişiklər belə XİLAS OLUNDU - VİDEO  |     11:20 Azərbaycanlı bloqer Sefonun klipinə çəkilir - VİDEO  |     10:45 7 dəfə ərə gedən müğənni: “Bəyin atasının alt paltarını biz ALMALIYIQ?”  |     10:10 Məcburi dayanma ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     10:05 "Gənclər bir-birinə zərbə endirir, sonra isə dostlaşırlar" - Tçuameni və Valverde davasından DANIŞDI  |     09:53 "Nigar Camalı makiyajsız görmək istərdim"  |     09:20 29 yaşlı NBA oyunçusu vəfat etdi  |     09:15 “Neçə il bağça biznesim olub”  |     17:17 "Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR  |     17:05 9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO  |     16:50 Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ  |     16:37 UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı  |     16:25 Nigar Fərhad ilk dəfə qızının FOTOlarını paylaşdı  |     16:05 "UFC Fight Night Baku" turnirinin bütün döyüşləri BƏLLİ OLDU  |     15:33 Paşinyan: Qarabağ bizim deyildi, bizim OLMAYIB - VİDEO  |     15:23 “13 dəfə əməliyyat etdirmişəm, tək burnumu 3 dəfə..."  |    
CityNews.az » Əsas » Azər Maqsudova hökm oxundu

Əsas / Son xəbərlər / Ölkə / Kriminal / Hadisə / Tibb

Azər Maqsudova hökm oxundu


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Azər Maqsudovun 3 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib və qayıtdıqdan sonra hökm elan olunub. Hökmə əsasən Azər Maqsudov nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Həmçinin, məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyatdan keçənədək dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş./APA