Valyuta məzənnəsi:
22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |     11:01 Xanımı Rəşadı Nigarın bu sözünə QISQANDI - VİDEO  |     10:49 Rəsmi Bakıdan Fransaya cavab  |     10:43 Aytən Səfərovanın ərindən ilk açıqlama  |     10:20 İlham Əliyev Kayrat Sarıbayı qəbul edib  |     10:18 "Şou-biznesin özüyəm" - VİDEO  |     09:00 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu  |     08:25 Hadı Rəcəbli vəfat etdi  |     20:34 Damla şəxsi təyyarə alıb? - VİDEO  |     20:28 "Beşiktaş" yeni başq məşqçisini tapdı: 78 yaşı var  |     19:20 Qurban Qurbanov Roberto de Dzerbini keçdi  |    
CityNews.az » Əsas » Yerli və xarici media nümayəndələri “Neft Daşları”na səfər etdilər

Əsas / İqtisadiyyat

Yerli və xarici media nümayəndələri “Neft Daşları”na səfər etdilər


Milli Mətbuat Günü ərəfəsində - 2022-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yerli və xarici media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub.

Səfərdə, həmçinin Vətən müharibəsi qaziləri və veteran neftçilər iştirak ediblər.

“Neft Daşları”nda qonaqları Neft-qazçıxarma İdarəsinin rəisi Balaəli Cəfərov qarşılayıb.

İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, ulu öndərin adını daşıyan muzey ilə tanış olublar. Nümayəndə heyətinə ümummilli liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar haqqında məlumat verilib.

Daha sonra görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi və Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Qarabağ qazisi Zahid Məmmədkərimov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  şəhid olmuş neftçilərin abidə kompleksinin qarşısında həmkarlarının qəhrəmanlığından danışıb.

Səfər iştirakçıları daha sonra dünyada, açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu ilə tanış olublar, onlara quyunun tarixi və istismar dövrü barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına səfər edib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirilən görüşdə “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov Milli Mətbuat Günü münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən qocaman neftçi professor Alçın Şirinzadə müxtəlif vaxtlarda media nümayəndələri ilə görüşlərindən məmnunluqla danışıb. 

Tədbir neftçilərin təqdimatında Milli Mətbuat Gününə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb. /Oxu.az/