Valyuta məzənnəsi:
11:41 Naxçıvan onmilyonlarla manat yeyinti olan qurumda yenidən yoxlamalar BAŞLADI  |     22:53 Azərbaycan kino layihəsi İtaliyada keçirilən Avropa Film Forumunda mükafat qazanıb  |     15:04 Bayden yenə maraqlı açıqlama verdi: “Administrasiyamdakı qadınların yarıdan çoxu qadınlardır” - VİDEO  |     14:10 Azərbaycan Ordusunda keçirilən məşğələlərdən görüntüləri - FOTO/VİDEO  |     21:50 Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO  |     15:00 Rayona avtobusla gedənlərin NƏZƏRİNƏ - Yeni qiymət CƏDVƏLİ  |     10:30 Bu gün Azərbaycan Gəncləri Günüdür - VİDEO  |     15:41 SOCAR istiqrazlarının 5-ci kupon ödənişi edildi  |     22:45 Azərbaycan və Rusiya xarici işlər nazirləri Laçın yolundakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB  |     14:46 Finlandiya polisi ölkədə Quranın yandırılmasına icazə verməyəcək  |     12:20 Özcan Dəniz 2-ci dəfə ata olacaq  |     20:05 Səhlab Bağırov yeni vəzifəyə təyin edildi - YENİLƏNİB  |     10:25 Biz yazmasaq... Mehriban Ələkbərzadəyə məktub  |     18:50 Azərbaycan və Macarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO  |     13:10 “Qarabağ”ın yeni transferi “Qızıl top” mükafatına layiq görülüb  |     11:35 Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvarla bağlı başsağlığı verdi -  |     10:10 20 Yanvar faciəsindən 33 il keçir - VİDEO  |     19:10 Avropa Parlamenti Putin və Lukaşenko üçün tribunal tələb edir  |     16:15 Azərbaycanlı aktrisa dənizin ortasında lüks restoranda özünə ad günü etdi  |     22:50 “Barselona” Atletiko” ilə Depayın transferini razılaşdırıb  |    
CityNews.az » Digər » Müsahibə » "Mənim xoşum gəlir ərə getməkdən, əsas ərə getməkdir" - Nura Suri - FOTOLAR - VIDEO

Müsahibə / Cəmiyyət / Maqazin

"Mənim xoşum gəlir ərə getməkdən, əsas ərə getməkdir" - Nura Suri - FOTOLAR - VIDEO


Ötən gün müğənni Nura Suri yeni mahnısı olan “Sevgi romanı” -na çəkilən klipin təqdimatını  keçirib.


Magazinews.az  xəbər verir ki, təqdimat zamanı texniki problemlərə görə klipin nümayişi bir qədər gecikib.

Klipin ideya müəllifi və prodüseri Seymur Zəkəriyayev ekran işinin ərsəyə gəlməsindən danışıb:


"Bu işdə çox insanın əziyyəti var. Mahnının əllərinlə sözü ilə bitməsini istədim. Klipin ideyası elə bu kəlmədən irəli gəldi. Mahnıya qulaq asandan sonra qərara gəldim ki, baş qəhrəman əllər olmalıdı. Ssenari iki günə yarandı. Klipin gülməli və əyləncəli olmağını istədik. Dünya ulduzları da ekranlarda gülməli görünməkdən çəkinmirlər."


Nura Suri iki günə ərsəyə gələn klipi barədə bunları deyib:


"İdeya müəllifi Seymur Zəkəriyayevdir. Əslində bir günə çəkməli idik. İlk gün hamımız gecikdiyimiz üçün iki günə çəkdik. Natiq Muxtarov indiyənə qədər klip çəkmiyib. Reklam işlərilə məşğul olub. Mənə söz vermişdi ki, klip sahəsi ilə məşğul olsam, ilk sənə klip çəkəcəm. Sözünü də tutdu. Düşünürəm ki, növbəti işləri bundan yaxşı olacaq. Klipdəki əllər də rejissorumuzun öz əlləridir. Klipdə bəzi səhnələr var ki, Cahid Şahbazovun bağ evində çəkilib. Onun və atasının çox əziyyəti oldu. Gözəl şərait yaratmışdılar.

Mahnının sözlərini Zülfü Bədəlov yazıb, aranjmanı isə Fərid Ağaya məxsusdur. Zülfü iki mahnıma söz yazdı. Türkcə də çox gözəl sözlər yazıb. Məni başa düşdü. İstədiyimi ondan ala bildim. Növbəti təqdim edəcəyim mahnının da sözləri Zülfüdən olacaq. Çox şairlərlə çalışmışam. Azər Şirindən və Zülfüdən tam razı qalmışam. Yenə də Elnur Həsənovla çalışacağıq. Yeni işimizi dekabr ayında təqdim edəcəyik.

Klipdə çıxarılmağını istədiyim bir səhnə vardı. Nəzərdə tutulmamış hissə idi. Qəhrəmanımız təkcə klipdə deyil, həyatda da zarafat etmək qərarına gəldi. Anidən əlini maşından çəkib qaza basdı. Mən çox qorxdum. Pis qışqırmışdım. Ona görə o hissənin çıxarılmağını istədim.

Klipimizdə aqressiya yox idi. Əslində yumor hissi olmayan münasibətlərin alınmadığını düşünürəm.  Klipin sonunda evlənirik. Bizdə sevginin sonu evliliklə bitməlidir. Ən vacibi budur. Ərə getməkdən xoşum gəlir. Əsas ərə getməkdir."


Tədbirin səbəbkarı şou-biznes nümayəndələrinin sənət fəaliyyətindən də danışıb:


"Bizdə sözün demiş, ad almış müğənnilər efirə çıxmırlar. Səhnəni boş buraxdılar, bayağı musiqi dəb düşdü. Bizdə klip kanalı olmadığına görə, klip çəkdirmək sərf etmir. Bir klipin, mahnının sevilməsi üçün ən az gündə 5-10 dəfə göstərilməlidir. Rəhim Rəhimli MTV-yə gələndən sonra bu şəraiti yaratdı. Şou-biznesdəki durğunluğu Aygün Kazımova Röya yeni işləri və konsertləri ilə aradan götürdü. Daha sonra Günay İbrahimli, Natavan Həbibi, Səidə.Sultan, Sevda Yəhyayeva aktivlik yaratdılar. Bu sağlam rəqabətdir. Bütün bunlar mənə fəaliyyətimdə stimul verir."


Klipdə müğənnin obrazı üzərində çalışan stilist Elnur Həsənov işbirliklərindən söz açıb:


"Nura ilə illərdir dost olsaq da, ilk işbirliyimizdir. Onu deyim ki, Nura çox narahat adamdır. Mən isə əskinə rahat insanam. Çəkilişimiz çox gözəl və əyləncəli keçdi."


Ekran işinin mahnsının sözyazarı Zülfü Bədəlov yeni işləri barədə fikir bildirib:


"Mən hər müğənni üçün mahnı sözü yazmıram. Yalnız dostlarım və öz bəstələrim üçün yazıram. Nura dostumuzdur. Mahnı hazır olana kimi, səhər 6-ya qədər studiyada olmuşuq."


Qeyd edək ki, klip “MTV Azərbaycan” kanalında yayımlanır.  Gələn həftədən etibarən isə müğənninin youtube səhifəsində yerləşdiriləcək. Klip zamanı çəkilən fotoların müəllifi Niko Abbasovdur. Retuş isə Alex Albalıyevə məxsusdur.


Tural Hüseyn

Fotolar: Ramin Qurbanov