Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Əsas » Putin və Ərdoğan arasında ikitərəfli görüş başa çatıb

Əsas / Dünya

Putin və Ərdoğan arasında ikitərəfli görüş başa çatıb


İranda keçiriləcək üçtərəfli sammit öncəsi Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü başa çatıb.

Bu barədə "Habertürk" xəbər verir.

Astana formatında bir araya gəlməyin böyük üstünlük olduğunu vurğulayan Ərdoğan deyib:

"Burada əldə edəcəyimiz nəticə bütün dünya üçün müsbətdir. Ümid edirəm ki, Rusiyanın vasitəçilik formatında rolu müsbət olacaq. Danışıqların məhsuldar olacağına inanıram”. 

Vladimir Putin öz növbəsində qeyd edib: "Qara dənizdəki limanlardan taxıl ixracı ilə bağlı bütün problemlər hələ həll olunmayıb, lakin bununla bağlı müəyyən aktivlik var. Türkiyənin vasitəçiliyi sayəsində biz taxıl ixracında irəliləyiş əldə etdik".

20:52

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş başlayıb.

Bu barədə "Habertürk" xəbər verir.

Liderlər İranda keçiriləcək üçtərəfli sammitdən əvvəl bir araya gəliblər.

Rusiya prezidenti görüşdə deyib ki, Moskva ilə Ankara arasında münasibətlər hər şeyə rəğmən inkişaf edir, ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli sürətlə artmaqdadır.

Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Taxıl ixracı ilə bağlı vəziyyətdən danışan Ərdoğan Rusiyanın bu məsələdə konstruktiv vasitəçilik rolunu qeyd edib. /Report/