Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » Çin avtomobilləri casusluq edirlər

Əsas / Son xəbərlər / Dünya / Texnologiya / Maraqlı

Çin avtomobilləri casusluq edirlər


İsrail ordusu Çin istehsalı olan rəsmi nəqliyyat vasitələrinin müsadirəsinə başlayıb.

Citynews.Az xarici mediaya istinadən xəbər verir ki, bu addım təhlükəsizlik xidmətlərinin Çin avtomobillərinin sistemlərinin casusluq və məxfi məlumatların toplanması üçün istifadə oluna biləcəyini müəyyən etməsindən sonra atılıb.

Məlumata görə, bəzi Çin istehsalı avtomobillər xarici serverlərə məlumat ötürən kameralar, mikrofonlar, sensorlar və rabitə modulları ilə təchiz olunub. Bu proses çox vaxt nə sürücünün, nə də idxalçının xəbəri olmadan baş verir.

"Məsələ yalnız kameralar və mikrofonlarla məhdudlaşmır. Müasir avtomobillər qapalı əməliyyat sisteminə və simsiz əlaqəyə malik təkərlər üzərindəki kompüterlərdir. Onlar yaxınlıqdakı obyektlərdən kəşfiyyat məlumatı toplaya bilirlər", - keçmiş yüksək rütbəli İsrail zabiti bildirib.

Qərara əsasən, avtomobillər mərhələli şəkildə müsadirə ediləcək. Əvvəlcə məxfi məlumatlara çıxışı olan zabitlərin istifadəsindəki Çin istehsalı avtomobillər, daha sonra isə digər hərbçilərin avtomobilləri yığılacaq. Prosesin 2026-cı ilin birinci rübünün sonuna qədər tamamlanacağı gözlənilir.

İsrail ordusunun məlumatına görə, ümumilikdə təxminən 700 nəqliyyat vasitəsi müsadirə olunacaq. Onların əksəriyyəti çoxuşaqlı zabitlərə verilmiş yeddi nəfərlik Chery markalı avtomobillərdir.

Ekspertlər hesab edirlər ki, İsrailin bu təcrübəsi gələcəkdə digər ölkələr üçün də nümunə ola bilər.


Hüseyn