Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » “Qarabağ”ın 40 milyonluq rəqibləri...

Əsas / İdman

“Qarabağ”ın 40 milyonluq rəqibləri...


UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə adlayan “Qarabağ” tarix yazmağa davam edir.

Citynews xəbər verir ki, növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən Qurban Qurbanovun komandası addım-addım məqsədinə doğru irəliləyir. 

Artıq iki mərhələ keçən ağdamlılar güclü rəqibləri mübarizədən kənarlaşdırmağı bacarıb. “Qarabağ”ın keçdiyi hər iki rəqib daha yaxşı maddi imkanlara sahib komanda olub. 

İlk təsnifat mərhələsində rəqibimiz olan Polşanın “Lex” klubu Avropada ölkəsinin adlı-sanlı təmsilçilərindəndir. Məşhur “Transfermarket” saytına görə, polşalıların ümumi dəyəri 32 milyon avrodan yuxarıdır. O, ölkəsində də bu göstəricidə ən üstün komanda sayılır. 

Qurban Qurbanovun komandasının ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Sürix” klubunun dəyəri isə daha yüksəkdir. Paytaxt təmsilçisinin dəyəri 42 milyon avronun üzərindədir. 

“Qarabağ”ın növbəti mərhələdə rəqibi olan Macarıstanın “Ferençvaroş” klubu da “Sürix”lə eynidir. Budapeştlilərin dəyəri 42 milyon 450 min avrodur. 

Azərbaycan təmsilçisinin dəyəri isə son 2 rəqibdən nə az, nə çox düz 3 dəfə azdır. “Transfermarket”in hesablamasına görə “Qarabağ”ın ümumi dəyəri 14 milyon 100 min avrodur. 

Bütün bunlara baxmayaraq “Qarabağ” “Lex” və “Sürix” səddini keçməyi bacardı. Qarşıda isə daha çətin “Ferençvaroş” klubu var. /Qafqazinfo/