Valyuta məzənnəsi:
17:10 Cüdo Federasiyasının Olimpiya proqramı  |     15:27 İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib  |     15:00 Fərid Savadov Avropa Universitet Oyunlarında qızıl medal qazandı  |     14:48 Şəbnəmin villasında hovuz keyfi - VİDEO  |     14:20 "Qarabağ" Vətənə döndü  |     13:50 Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi  |     13:30 "Qarabağ" yeni transferi rəsmən açıqladı  |     13:13 Bu tarixdən internet bahalaşır - Yeni qiymət  |     13:10 Faciəvi şəkildə ölən gəncin GÖRÜNTÜLƏRİ  |     13:01 Millimiz FİFA reytinqində mövqeyini qorudu  |     12:35 Paris-2024: Güləşçilərimizdən son hazırlıq prosesinə START  |     12:15 Vasif bahalı telefonu ilə ÖYÜNDÜ - VİDEO  |     11:49 İlham Əliyev Böyük Britaniyada səfərdədir  |     11:25 AFFA və PFL-dən qərar: 14-cü komanda müəyyənləşdi  |     10:45 Bakının əsas prospektində hərəkət dəyişdirilir  |     17:08 Şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK  |     17:05 Mahir Emreli maraqlı şərtlə almanlarla razılaşdı - İDDİA  |     16:20 AVRO-2024-ün ən yaxşı 10 qolu açıqlandı  |     16:10 Yığmamız qrupda sonuncu oldu  |     15:36 “Şerif”in futbolçusu "Zirə"yə meydan oxudu  |    
CityNews.az » Digər » Müsahibə » "Kriteriyalara cavab verən modellər çox azdı, belə insanlardan qorxmaq lazımdı" - FOTOLAR

Müsahibə / Kino / Dəb / Cəmiyyət / Maqazin

"Kriteriyalara cavab verən modellər çox azdı, belə insanlardan qorxmaq lazımdı" - FOTOLAR


"Çəkilən filmlərin 90 %-i pul itkisidir, bayağı komediya filmləri çoxdur"  – bu sözləri  Magazinews.az –a müsahibəsində  Xəzər Tv-də yayımlanan  seriallarda aktyor kimi tamaşaçı sevgisi qazanan Tural (Qan) Ələkbərov deyib.

Magazinews.Az gənc aktyor və moda yarışmaların təşkilatçısı kimi tanınan Tural Ələkbərovun müsahibəsini təqdim edir:

Oxucularımıza özünü necə təqdim edərdin?

"İmişlidə anadan olmuşam. "Mədəniyyət və İncəsənət Universiteti"-nin rejissorluq fakültəsini bitirmişəm. İki-üç il ərzində uşaq teatrında aktyor kimi çalışmışam. Televiziyalarda da iş fəaliyyətim olub. Daha sonra moda dünyasına qatıldım. Azərbaycan keçirilən gözəllik müsabiqələri, moda günləri kimi beynəlxalq tədbirlərdə çalışmağa başladım. Hazırda layihə rəhbəri kimi bir çox təbdirləri özüm keçirtməyə başlamışam. Xəzər tv-də yayımlanan "Cehizsiz gəlinlər" serialında əsas rollardan birini canlandırmışam. Hazırda "Ata ocağı" serialında çəkilirəm."

Həm təşkilatçı, həm də aktyor kimi fəaliyyət göstərirsən, bunlardan biri digərinə mane olur?

"Əslində insan bir istiqamətə köklənsə, daha yaxşı olar. Bir neçə işlə məşğul olmağım maddi məsələlərlə bağlıdır. Bu səbəbdən aktyorluqdan uzaqlaşdım. Teatrı daha çox sevirəm. Orda qalıb çalışmaq istərdim. Yerli və xarici ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında iştirak etmişəm. Hazırda serialdan  gələn gəlir teatrdan daha çoxdur. Ev xərcimi ödəmək,həm də  ailə qurmağım üçün pul lazımdı. Lazım olsa, beş işdə çalışaram."

Niyə məhz aktyorluq ?

“Uşaqlıqdan kinonu çox sevmişəm. Dram dərnəyinə yazılmışdım. Məktəb vaxtı senarilər yazırdım. Qərar verdim ki, aktyor-rejissorluğu seçməliyəm. Bakıya gələndə heç kimi tanımırdım. Çox əziyyətlər çəkmişəm. Heç kimdən dəstək görməmişəm. İndi ətrafım genişdir. Dostlarımız çoxdur. İndiki pilləyə gəlməyimə Allaha borcluyam.  İş-karyera barədə qarşıma yaxşı insanlar çıxıb. Çox insanlar məni yarı yolda qoyub. Moda dünyasında arxamca danışıb üzümə gülənlər var. Aktyor kimi qalmaqallardan kənardayam. Moda dünyasında iyrəncliklər çoxdu. Bu açıqlamanı ilk dəfədir ki, deyirəm. İşimizə əngəl olmaq istəyənlər var. Onların mənim barədə dedikləri və yazdıqlarının hamısı mənə çatır. İnsanlıqdan kənar çox alçaqlıqlar edirlər. Hələki adlarını çəkmək istəmirəm. Onlar bu əməllərindən əl çəkməsələr, növbəti müsahibələrimdə adlarını da deyə bilərəm. Mən tanıyıram, hamı bilsin kimdirlər. Kənardan bu işdən çoxlu pul qazandığımızı düşünürlər. Əslində elə deyil. Bu gün qazandıqlarımız özümüzü dolandırmağa kifayət edir.Bir gün hər şey qaydasında olsa, arzularımın dalınca teatra qayıdacam. Hazırda arzularmın deyil, bu günün tələblərinin arxasınca gedirəm.”

İlk yaratdığın obraz?  Bu obrazlardan özünə  ən yaxın hesab etdiyin?

“İlk dəfə on yaşında teatr dərnəyində olub. Abdulla Şaiqin  “İdeal və insanlıq” əsərində İdealı oynamışam. Böyük teatrda 200-dən çox tamaşada rol almışam. Rejissor Rüfət Şahbazov məni Xəzər tv-də seriala dəvət edəndən sonra geniş tamaşaçı kütləsinə tanınmağa başladım. Mənə inandığı üçün təşəkkür edirəm. Üzərimdəki əziyyəti çox olub. Serial sektorundakı uğurumu Xəzər Tv-yə borcluyam.
Teatrda narkomaniya ilə bağlı tamaşa vardı. Orda duman obrazını yaratmışdım. Bu sənətə başlayanda köməkçi rollarda idim. Sonradan əvəzedici kimi çıxış etməyə başladım. Baş rol ifaçısı gələ bilmədiyindən yarım mövsüm o rolu mən canlandırdım. Əvvəllər o rol mənim üçün əlçatmaz idi. Serial sahəsində isə “Cehizsiz gəlinlər”-də oynadığım Elşən obrazı özəl yeri var. Həmin serialın kollektivi ilə münasibətlərimiz hələ də davam edir. Mütəmadi olaraq görüşürük. Bir-birimizi görəndə sanki doğmalarımızı görürük. Serialda yaratdığımız obrazlar çox doğmalaşmışdı.”

Aktyor kimi özünü daha çox hansı janrın aktyoru sayırsan?

“Dram rollarında olsam da, özümü daha çox komediyada görürəm. Universitet vaxtında da komediya rollarını canlandırmışam. Teatrda çox rolum olub. Film-seriallarda dram rollarına dəvət alıram. İnanıram ki, bir gün  komediya roluna təklif gələcək.”

Təklif geləndə sənin üçün əsas nədir? Senari, kollektiv, tərəf  müqabili, yoxsa qonarar?

“Müqavilədə qarşıma qoyulan qonarara imza atmışam. Bu məsələləri danışmağı xoşlamıram. Buna özümü hazır hiss etmirəm. Tanınmış aktyor olduqdan sonra müəyyən qonararım ola bilər. Obrazın fərqi yoxdur. Yaxşı kollektiv önəmlidir. Doğmalıq olan kollektivdə iş prosesi də yaxşı olacaq. Seriallarda obraz uğur qazanırsa, baş rola kimi gedə bilir.”

Çəkilən filmlər barədə düşüncələrin necədir ? 

“Çəkilən filmlərin 90 faizini bəyənmirəm, 90 faizi pul itkisidir. Bunlar fərdi insanların ayırdığı pullardır. Buna  görə onlara nəsə demək olmaz. Komediya filmləri həddindən artıq çoxdur. Bir müddət ara verilməlidir. Fikrimcə çəkilən filmlərin janrlarını dəyişmək lazımdır. Detektiv və qorxu janrına üstünlük verilməlidir. Bayağı komediyalar çoxdur.”

İstədiyin  pilləyə çatdıqda dəyişməkdən qorxmursan ?

“Deyilənə görə, hazırda da dəyişiklik var. Hamı deyir ki, çox dəyişmisən. Bu kənardan belə görünür. Əslində insan dəyişmir. Vaxt məhdudiyyəti yaranır. İşlər çoxalır. Problemlər də  böyüyür. Zaman daralır. Dost-tanışla görüşə bilmirsən. Toylarına gedə bilmirsən. Özümü yüksəkdən tuturmuşam kimi  fikirlər yaranır.”

İtirdiklərin çox olub, yoxsa qazandıqların?

“Qazandıqlarım çox olub. İtirdiyim vaxtım olub. İşimlə bağlı olaraq ailəmə vaxt ayıra bilməmişəm. Qohumlarla az görüşmüşəm. Karyerama daha çox köklənmişəm.”

Hazırda bir çox gözəllik yarışmaları keçirilir. Səviyyələri səni qane edir?

"Bizdə bu sahə yeni inkişafa başlayıb. Düşünürəm ki, bu yarışmalar keçirilə-keçirilə ən unikala doğru gedirik. Keçirdiyim gözəllik yarışmasında söz-söhbətlərin qarşısını almaq üçün canlı səsvermə etdim. Jürilər canlı səsvermə ilə qalibləri seçdilər. Buna baxmayaraq, söz-söhbətlər yenə olur. Futbolda da uduzan komandanın tərəfdarları həmişə hakimi ittiham edirlər. Azərbaycan moda dünyasın səliqəsziliklər var. Bu əsasən modellərlə bağlıdır. Bu gün kriteriyalara cavab verən modellər çox azdı. Hamı model kimi gündəmə gəlmək istəyir. Özünü tanıtmaq arzusunda olur. Onlar  bu yolda nə desən etməyə hazır olan insanlardır. Belə insanlardan qorxmaq lazımdı. Bizdə ictimai qınaq azdır. Kimsə model olmaq istəyirsə, ətrafındakı insanlar  onun  modelliyə uyğun olmadığını demirlər. Əksinə dəstək olurlar. Dörd ildir ki, bu sahə ilə məşğulam. Bir çox beynəlxalq layihələr olub. Bu zaman jüri heyətində elə adamlar əyləşir ki, onlara kimisə tapşırmaq qeyri-mümkündür. Xalq artisti, yaxud peşəkar insana yaxınlaşıb desən kiməsə səs ver, o, sənin tədbirindən ən yaxşı halda gedər. Tapşırılma və ödənişlə olan hallar yaşanır. Modadan anlayışı olmayan insanlar tərəfindən qurulma yarışmalar keçirilir. İnsanları aldadadırlar. Burda əsas günahkarlar modellərdir. Mənə aktyor kimi təklif verən insanı araşdırmaq borcumdur. Modellər də təşkilatçıların keçirdikləri tədbirləri araşdırmalıdırlar. Hazırda model olmayan insanlar bazardadır. Dırnaqarası təşkilatçılar sosial şəbəkədə izləyicisi çox olanlara yazırlar ki, model ol, yarışmaya qatıl. Çalışıram ki, təşkil etdiyim bir müsabiqəmdə iştirak edən xanımı ikinci dəfə dəvət etməyim. Bəzən olur ki, xanım öncəki müsabiqədə kriteriyalara cavab vermir. Növbəti dəfə  öz üzərində çalışıb formada olursa, istisnalar olur. Gözəllik yarışmalarında o insanlar qalib seçilməlidir ki, sonradan peşələrini davam edtdirsinlər. Bəzən ailə qurub modellikdən uzaqlaşırlar. Belə hadisə başıma gəlib. Qalib seçdiyimiz qız sənətini atıb. Mən keçirdiyim layihənin birincisini heç bir yerdə üzə çıxara bilmədim.”

Tamaşaçıya məlum olmayan keyfiyyətin? Özünü  3 kəlmə ilə ifadə etsən..

“Həm həyatda, həm də işimdə dürüstəm. Bunu hamı bilir. Çalışdığım insanlara heç vaxt yalan danışmamışam. İnsanların qəlbini qırmamağa çalışıram. Həyatda çox şeyə məcburuq. Bəzən məcburiyyətdən istəmədiyim şeyləri edə bilərəm.”


Tural Hüseyn

Fotolar: Sübhan İsmayılov