“Qarabağ” darmadağınla növbəti mərhələdə - YENİLƏNİB + VİDEO
...
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün növbəti matçına çıxacaq.
“Citynews” xəbər verir ki, Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv ÇL-in üçüncü təsnifat mərhələsinin ilk matçında doğma azarkeşləri önündə Macarıstan çempionu “Ferensvaroş”u qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
3 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan)
Baş hakim: Andreas Ekberq (İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
***
Matç başladı.
***
“Ferensvaroş” “Qarabağ”la oyunda hesabı açdı. Frank Boli 17-ci dəqiqədə fərqləndi.
***
“Qarabağ” hesabı bərabərləşdirir. Ovusu Kvabena 33-cü dəqiqədə fərqlənir.
***
Matçda fasilədir.
***
İkinci hissə başladı.
***
Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. /Qafqazinfo/