Valyuta məzənnəsi:
17:05 80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)  |     16:33 Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)  |     16:10 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb  |     15:55 Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - (Video)  |     15:35 Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı  |     15:23 "Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" - Qayınana-gəlin dialoqu müzakirə yaratdı - (Video)  |     15:10 Hadiseni formada saxlayan səhər yeməyi: 5 dəq hazırlanır - (Video)  |     14:33 Müğənni Sevda rəqsi ilə diqqət çəkdi - (Video)  |     14:30 Kadırov NATO-ya müharibə elan etdi  |     14:15 "Bütün arxivləri açacağıq" - Zelenski  |     14:05 "Pulum olmayanda 3 min, olanda 30 min manat xərcləyirəm"  |     13:10 Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)  |     12:57 "Qarabağ" və "Neftçi"nin avrokubok matçlarının hakimləri açıqlandı  |     11:33 Afət Fərmanqızı ilk dəfə saraylara bənzər VİLLAsını paylaşdı - (Video)  |     11:00 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq  |     10:55 Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)  |     10:33 Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)  |     10:23 “Qarabağ”ın biletləri bu gün satışa çıxarılır  |     09:55 Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)  |     09:05 Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)  |    
CityNews.az » Əsas » Azərbaycan orbitə "Zəfər" peyki buraxdı

Əsas / Son xəbərlər / Texnologiya / Ölkə

Azərbaycan orbitə "Zəfər" peyki buraxdı


"Azərbaycanın tarixində ilk dəfə "Azərbaycanın Zəfəri" məktəbli peyki orbitə çıxarılıb".

Citynews.Az "Report"a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, "Azərbaycanın Zəfəri" adlı peyki orbitə "SpaceX" şirkətinin "Falcon 9" raketi buraxıb.

"PocketQube" tipli, ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.


"PocketQube" peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus "UniSat-5" platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən "WREN" (Almaniya), "T-LogoQube" (ABŞ) və "QBScout-1" (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.