Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Bu ölkə 16 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan etdi

Əsas / Son xəbərlər / Dünya / Texnologiya

Bu ölkə 16 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan etdi


Avstraliya hökuməti sosial media ilə bağlı yeni və sərt qayda tətbiq edib.

Citynews.Az xəbər verir ki, 10 dekabr 2025-dən etibarən Instagram, TikTok, Snapchat, YouTube, Facebook və X platformaları 16 yaşdan aşağı istifadəçilərə hesab açmayacaq.

Yeni qaydaya əsasən, məsuliyyət ailələrdən sosial media şirkətlərinin üzərinə keçir. Şirkətlər yaşa nəzarət mexanizmlərinə əməl etməsələr, 33,3 milyon dollara qədər cərimə ilə üzləşə bilərlər.

Qanunun məqsədi gəncləri süni intellektlə idarə olunan sosial mediada yayılan zərərli kontentdən, sosial təzyiqdən və asılılıq yaradan mexanizmlərdən qorumaqdır.

Qərarı dəstəkləyənlər bunun uşaqlar üçün mühüm bir təhlükəsizlik tədbiri olduğunu bildirir. Tənqidçilər isə yeni sistemin gənclərin pozitiv icmalara çıxışını məhdudlaşdıra biləcəyini və genişmiqyaslı yaş təsdiqi nəzarətinin başlanacağı ilə bağlı narahatlıq ifadə edirlər.

Qayda sosial mediada geniş müzakirələrə səbəb olub.


Hüseyn