Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Mədəniyyət » Kino » “Mübarizə” filminin qala-gecəsi keçirildi" - FOTOLAR - VİDEO

Kino / Cəmiyyət

“Mübarizə” filminin qala-gecəsi keçirildi" - FOTOLAR - VİDEO

1 noyabr tarixində Park Cinema Flame Towers Kinoteatrında “Mübarizə” filminin qala-gecəsi uğurla baş tutub.

Magazinews.az xəbər verir ki, premyerada çox hörmətli qonaqlar, televiziya, şou-biznes və KİV nümayəndələri, bloggerlər və s. iştirak etdilər. Gecənin qonaqları filmi ilk izləyənlərdən biri olmaq, çəkiliş qrupu ilə ünsiyyət qurmaq imkanı qazandılar.

Film Milli Qəhrəman Mübariz İbrahimova və xalqımızın igid oğullarına, Qarabağın erməni işğalçılarından azad olunmasında həsr olunub.

Filmin əsas süjet xətti Azərbaycan Respublikasının Milli Ordusunda xüsusi təyinatlı bölmədə xidmət edən Mübariz Hüseynovun ətrafında cərəyan edir. Moskvada yaşayan və ticarətlə məşğul olan Həsən (qəhrəmanımızın qardaşı) erməni diasporası tərəfindən amansızcasına qətlə yetirilmiş və bədbəxt hadisə kimi qələmə verilmişdir. Bu qətlə məharətlə don geydirən ermənilər hadisənin ötrbasdır etdiyini düşünsələr də, Mübariz Hüseynov qatillərin izinə Nastya (Həsənlə ticarət əlaqəsi olan biri) adlı qızın vasitəsi ilə çıxır və baş verən hadisəni araşdırmağa başlayır.
Araşdırmalar onu Moskvada şaxələnən erməni diasporası ilə üz-üzə qoyur. Əsl düşmənin kökü səngərlərdə döyüşən erməni əsgərlərinin deyil, əksinə dünya erməniçiliyini inkişaf etdirən və bu yolda cinayətlər törətməkdən belə çəkinməyən erməni lobbisi və diasporasının olduğu üzə çıxır.
Qardaşının qətlini araşdırarkən Mübariz ermənilərin Moskvada törətdikləri bir çox cinayətləri ifşa edir və qısa salmaq qərarına gəlir. Bu yolda ona uşaqlıq dostu olan Həmzə kömək edir...
Film Bakı, Moskva, Nyu-York, Mayami, Paris və İstanbul şəhərlərində çəkilib.

Senari müəllifi və rejissor - Rəşad Süleymanoğlu, bədii rəhbər - Elmar Bayramov, quruluşçu operator - Məhəmməd Ağa, montaj - İlkin Eminov, Səbuhi Sadiqov, Məmmədağa Vəliyev.
Rollarda: Murad Abdullayev, Əli Nəcəfi, Tehranə Bəhruzi, Yalçın Nəzərov, Aleksandra Biryukova, Tural Şəfiyev, Sübhi Fərəcov, Anita Tağıyeva, Yaroslav Trifonov və başqaları.

Noyabrın 2-dən film bütün Park Cinema kinoteatrlarında nümayiş olunacaq.

Park Cinema – Azərbaycan müasir çoxlu sayda zalları olan kinoteatrların şəbəkəsidir. Bu gün şəbəkəyə ParkBulvar, MetroPark, ZaqulbaMall, FlameTowers əyləncə mərkəzələrində yerləşən bir neçə kinoteatr daxildir. ParkCinema ölkədə IMAX formatına malik olan yeganə şəbəkədir.