Valyuta məzənnəsi:
17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |     13:03 Prezident Allahverən İsmayılovu təltif etdi  |     12:08 Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO  |     11:07 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”  |     10:43 Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək  |     09:56 Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO  |     09:31 “Panathinaikos”da Fatih Terim qərarı  |     20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |    
CityNews.az » Əsas » İslamiada: Azərbaycanın futbol yığması yarımfinala yüksəlib - YENİLƏNİB

Əsas / İdman

İslamiada: Azərbaycanın futbol yığması yarımfinala yüksəlib - YENİLƏNİB


23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma B qrupundakı sonuncu - 3-cü sınağında Mərakeş seçməsi ilə üz-üzə gəlib. “Konya Cumhuriyet” stadionunda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Milli komandadan qolları 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqibdən isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrup 2-cisi kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, yığma qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. İkinci qarşılaşamada isə İran seçməsi meydana çıxmadığından, Azərbaycana texniki qələbə verilib.

16:13

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

“Report”un məlumatına görə, Eldar Yusubovun rəhbərlik etdiyi yığma B qrupundakı son matçında Kamerun yığmasına 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycanın qadın voleybol yığması daha əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.

15:54

Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da Eldəniz Əzizli yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1 hesabı ilə qalib gəlib.

82 kq çəki dərəcəsində Rafiq Hüseynov finala gedən yolda türkiyəli Emrah Kuşanı mübarizədən kənarlaşdırıb - 2:1.

65 kq-da yarışan Elis Manolova isə yarımfinalda kamerunlu Berte Emilyeni 2:1 hesabı ilə məğlub edərək, adını finala yazdırıb.

15:19

Yunan-Roma güləşçisi Ülvü Qənizadə qırğızıstanlı Bəy Qonurbayevə 9:0 hesabıyla qalib gələrək finala yüksəlib.

“Report”un məlumatına görə, dünya mükafatçısı, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Elis Manolova isə B qrupundakı ikinci görüşündə qazaxıstanlı Yelena Şaliqinaya “tuşe” ilə qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib.

14:12

Azərbaycanın iki dünya çempionu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. 

Bu gün turnirə Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start veriblər.

“Report”un məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Rafiq Hüseynov ikinci görüşündə türkmənistanlı Toyli Orazova 9:0 hesabıyla qalib gələrək dörd ən güclü güləşçi adını hesabına yazdırıb.

Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.

O, 1/4 finalda özbəkistanlı Turabəy Tirkaşevə 0:11 hesabıyla məğlub olub. 

Azərbaycanın daha bir titullu güləşçisi, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub. 

Yunan-Roma güləşi üzrə ikiqat Avropa mükafatçısı Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağa 10:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.