Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Taksi sürücüsündən sükan arxasında qeyri-etik davranış: DİN-dən REAKSİYA

Əsas / Cəmiyyət

Taksi sürücüsündən sükan arxasında qeyri-etik davranış: DİN-dən REAKSİYA


Bakıda taksi sürücüsünün sükan arxasında olarkən qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb.

Videogörüntülər yolda hərəkət edən digər bir sürücü tərəfindən lentə alınıb.

Kadrlarda taksi sürücüsü sükan arxasında ayağını pəncərədən çıxararaq avtomobilini idarə edir. Sözügedən vəziyyət sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, şəxs barəsində araşdırma aparılacaq:

“Belə hadisələrin şahidi olmaq sözün əsl mənasında insanı məyus edir. Üstəlik, taksi sürücüsünün, hansı ki, fəaliyyəti sırf insanlara xidmətlə bağlıdır. Məsuliyyətsizliklə özünü və ətrafdakı insanları heçə sayan, təhlükə altında qoyan, ictimai münasibətlərə hörmətsizlik gətirən bu cür personajlarla nəinki polis, ümumilikdə cəmiyyətin hər bir üzvü mübarizə aparmalıdır. Təbii ki, bu şəxs barəsində də ətraflı araşdırma aparılacaq. Çünki ağlı başında olan, adekvat düşüncəli adam ayağını bayıra çıxarıb avtomobil idarə edə bilməz”.


https://baku.tv/az/dunyaa/59479/